Azərbaycanla 1 milyard kubmetrlik qaz müqaviləsi imzalamış şirkətin bütün rəhbərliyi işdən qovuldu - SƏBƏBLƏR...

30 yanvar, 2022 00:39

Bolqarıstanın "Bulgargaz" şirkətinin Direktorlar Şurasının üzvləri tam tərkibdə vəzifədən azad edilib.

Bu barədə Bolqarıstan Enerji Holdinqinin apardığı yoxlamalar nəticəsində qərar qəbul edilib.

Bolqarıstan KİV-lərinin xəbərlərinə görə, “Bulgargaz”ın Direktorlar Şurasından Nikolay Pavlov, Svetoslav Delçev, Diana Boneva, İliyana Dukova və Nikolay Donçev kənarlaşdırılıblar. Şirkətin yeni direktoru vəzifəsinə Lyudmil Yotsov, Direktorlar Şurasının sədri vəzifəsinə isə İvan Topçiyski təyin olunub.

Nikolay Pavlov

Bu qərar Bolqarıstan xüsusi xidmət orqanlarının şiirkətdə başladığı yoxlamaların ardınca qəbul edilib. Xəbər verildiyi kimi, son vaxtlar “Bulgargaz” şirkətində Azərbaycanla da əlaqəli olan bir sıra qalmaqallar baş qaldırmışdı. Əvvəlcə şirkətin rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarına müraciət edərək bildirmişdi ki, “Qazprom”un maraqlarını müdafiə edən adamlar 2013-cü ildə Azərbaycanla “Bulgargaz” arasında imzalanmış və ildə 1 milyard kubmetr “Şahdəniz” qazının Bolqarıstana təchizatını nəzərdə tutan müqavilədən məxfi məlumatları sızdırıb. Nəticədə Azərbaycan tərəfi bundan bərk qəzəblənib və müqaviləni pozmaqla hədələyir.

Ardınca Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirmişdi ki, “Bulgargaz” istehlakçıların maraqlarına zərbə vurur. Belə ki, Azərbaycandan həmin 1 milyard kubmetr qazın təxminən üçdə birini ucuz qiymətə alaraq qonşu Rumıniyaya satır, əvəzində istehlakçılara bahalı Rusiya qazını verir. Belə ki, Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri IGB hələ tikilib başa çatdırılmadığından Azərbaycan qazını tam həcmdə Bolqarıstana nəql etmək mümkün deyil. Həmin həcmin təxminən üçdə biri Rusiya qazını nəql edən kəmərlə revers rejimində ölkəyə çatdırılır.

IGB qaz kəmərinin tikintisini isə yunan tərəfi illərdir ləngidir və iddialara görə Bolqarıstanın bundan əvvəlki hökumətinin rəhbərliyi də bu işdə maraqlı olub. Çünki Azərbaycan qazının tam həcmdə Bolqarıstana daxil olması bu ölkənin Rusiya qazından asılılığını azalda bilər.

Bütün bu iddiaların ardınca xüsusi xidmət orqanları və polis “Bulgargaz”ın ofisində yoxamalara başlamışdı.(virtualaz.org)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"