Rusiya Ukrayna ilə sərhədə qan ehtiyatı toplayır

30 yanvar, 2022 00:57

Rusiya yaralıların müalicəsi üçün Ukrayna sərhədinə qan ehtiyatı göndərməyə başlayıb.

Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
 
ABŞ hökumətinin adı açıqlanmayan 3 rəsmisinin məlumatına görə, Rusiya bölgədəki hərbi hazırlığını genişləndirib və tibbi ləvazimatlarla yanaşı, qan ehtiyatı da tədarük etməyə başlayıb.
 
Bildirilir ki, bu addım Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığı iddialarını gücləndirir.
 
Qeyd edək ki, Rusiya Ukrayna ilə sərhədə yaxın bölgələrə 100 mindən çox hərbçi, çoxlu sayda hərbi texnika yığıb. Qərb rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağı barədə xəbərdarlıq edib.