Ukraynaya qarşı ərəb muzdluları hazırlanır? - VİDEO

30 yanvar, 2022 13:21

Rusiya Donbassda döyüşmək üçün Suriyadan ərəb muzdluları gətirməyə hazırlaşır.

“Azsiyaset” virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda müxalif Suriya KİV-lərində məlumatlar yer alıb.

“Russkaya Vesna” portalı yazır ki, rusların sayəsində Əsəd hakimiyyətinin tərəfinə keçmiş və hazırda könüllülər korpusunda cəmləşmiş keçmiş yaraqlılardan ibarət dəstələr Donbassa göndərilmək üçün hazırlanır. Onların əksəriyyəti olduqca təcrübəli döyüşçülərdir və əsasən Deraa bölgəsindəndir.

“Məlumatlı mənbələr “Deraa 24” agentliyinə təsdiq ediblər ki, Rusiya dördüncü və beşinci korpusların hərbi qulluqçularını, habelə general Suheyl əl-Həsənin “Pələng” diviziyasının döyüşçülərini muzdla ələ almağa, onlara T-4 aviabazasında yenidən hazırlıq keçməyə hazırlaşır. Təlimlər yaxın həftələrdə başlayacaq”, - məlumatda bildirilir.

Suheyl əl-Həsən və "pələngləri"

Həmin mənbələr təsdiq ediblər ki, təxminən 10 gün əvvəl muzdlu qruplardan biri gücləndirilmiş təlimlərə cəlb olunub və təlimlər yekunlaşan kimi onları Hmeymim aviabazası üzərindən Rusiyanın Cənub hərbi dairəsinin komandanlığının yerləşdiyi Rostova göndərəcəklər.

“Bildirilir ki, Rusiya həmin qüvvələri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Donbassa atacaq, onların sayı birinci mərhələdə 2 500 döyüşçü təşkil edəcək və növbəti mərhələdə 4 000-ə qədər artırılacaq. Müqaviləyə əsasən hər döyüşçü ayda 700 dollar maaş alacaq, döyüşlərdə iştirak etsələr maaşları 1 200 dollara qədər artırılacaq”, - məlumatda bildirilib.

Bundan əvvəl Rusiyanın Deraa bölgəsindən olan yaraqlıları muzdlular qismində Liviyaya göndərdiyi də deyilir.

“Məlumatlı mənbələr Rusiya zabitlərinə istinadən bildiriblər ki, ərəb yaraqlılarının Donbassda Ukraynaya qarşı döyüşməsi onların üzərindən mənəvi baryerləri qaldırır və bu yaraqlılar döyüşlərin gedişində tərəddüd etməyəcəklər, çünki qarşılarındakı rəqib onlardan dini və etnik baxımdan fərqlənir”, - müxalif Suriya agentliyi yazır.

Suriya rejiminin tərəfinə keçən keçmiş müxalif yaraqlılar məhz Deraa bölgəsində cəmləşib. Onlar İŞİD-ə qarşı döyüşlərdə özlərini yaxşı göstəriblər. Bu qruplaşmalar rusiyalı hərbi təlimatçıların rəhbərliyi altında təlim keçir.

“Russkaya Vesna” onu da yazır ki, digər nüfuzlu müxalif Suriya KİV-i olan NORS agentliyi də yaraqlıların Donbassa göndəriləcəyi haqda yazır.

“Yerli mənbələr xəbər verir ki, Rusiya Əsəd ordusunun 5-ci korpusundan olan döyüşçülərə Ukraynaya göndərilmək üçün Suriyadakı xüsusi hərbi bazalarda təlim keçir. Daha əvvəl Liviyada olanlar indi Ukraynaya təkrarlana bilər”, - həmin mənbə iddia edir.

Agentlik habelə rusiyalı hərbi təlimatçıların suriyalı yaraqlılara təlim keçdiyini, o cümlədən tankların vurulmasını öyrətdikləri kadrları da təqdim edib.

Qeyd edək ki, “Russkaya Vesna” 2015-ci ildə Rusiyada rəsmi qeydiyyatdan keçmiş internet nəşridir, əsasən Donbass, Suriya, Liviya və digər münaqişə ocaqlarından Rusiya hərbi dairələrinin maraqlarına uyğun eksklüziv kadrlar və məlumatlar yaymaqla məşğuldur.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"