"Biz Rusiyanı Qarabağa buraxmadıq, amma Rusiya bizi Qarabağa buraxdı" - Deputat Moskvanı müdafiə etdi

30 yanvar, 2022 16:58

Müsavat TV-nin efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev arasında Rusiya mövzusunda fikir ayrılığı yaşanıb.

Öncə Ə.Zeynallı Ukrayna ilə Azərbaycan arasında müqayisə aparıb. Ardınca isə iştirakçılar arasında fikir ayrılığı yaranıb. Dialoqu təqdim edirik:

Ə.Zeynallı: Hələ biz də Qarabağdakı badirəni tam keçməmişik. Xankəndi durur, rus ordusu ordadır.

H.Babaoğlu: Müqayisə o vaxt uğurlu olar ki, bu proseslər inşallah, Ukraynanın ərazi bütövlüyünün formalaşması başa çatsın, sonra danışaq.

Ə.Zeynallı: Rus ordusu orda dayanıb. Hər ağlına gələni də edir.

Q.Həsənquliyev: Ona görə də rus orda dayandığı üçün biz rusu düşmən elan etməli deyilik. Əvəz bəy Rusiya əleyhinə çox kəskin danışır. Bir ölkəni ki, sən bura çağırmısan, öz torpaqlarına dəvət etmisən…

Ə.Zeynallı: Rusu bura kim çağırdı?

Q.Həsənquliyev: Prezidentin icazəsi olmadan Rusiyanın bura gəlməsi mümkün deyildi.

Ə.Zeynallı: Prezident də çağırmadı. İsgəndər M atıldı, vertolyotumuzu vurdular. Kim etdi bunu? Rusiya etdi.

Q.Həsənquliyev: Prezident üçtərəfli atəşkəs haqda bəyannaməni imzalayıb və bir neçə saat sonra rus qoşunları girib Azərbaycana.

Ə.Zeynallı: Bir neçə saat sonra yox, dərhal.

Q.Həsənquliyev: Nə dərəcədə məntiqlidir ki, bir ölkənin əsgərlərini buraxırsan ölkənə, sonra da onu düşmən elan edirsən? Bu, hansı məntiqə sığır? O əsgərlər bizim maraqlarına toxunan addım atsa…

Ə.Zeynallı: Qüdrət bəy, bizim şəhidlərimiz rus sülhməramlılarının müvəqqəti yerləşdiyi yerdən vurulub. 

Q.Həsənquliyev: Adi insanlar belə bir çox prosesləri təhlil edir. Bir nəfər bu yaxınlarda mənə dedi ki, bəzi adamlara mən diqqətlə televiziyalarda qulaq asıram. Deyirlər ki, biz Rusiyanı niyə Qarabağa buraxdıq. Əslində isə biz Rusiyanı Qarabağa buraxmadıq, Rusiya bizi Qarabağa buraxdı. Bir hissəsini nəzarətində saxlayıb…

H.Babaoğlu: Bu da yanlış yanaşmadı.

Ə.Zeynallı: 3 min şəhid vermişik biz.

R.Arifoğlu: Qüdrət bəy, siz siyasətdən kənar dostlarınızın dediklərinə çox fikir verməyin.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"