Paşinyanın Ermənistan prezidentliyinə namizədi kimdir? - "Haykakan Jamanak"

31 yanvar, 2022 01:25

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi partiyası ölkə prezidenti postuna hazırkı yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın namizədliyini irəli sürə bilər.

Bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb.

Daha əvvəl partiya prezidentliyə baş nazir aparatının rəhbəri Araik Arutyunyanın namizədliyini irəli sürmüşdü. Lakin bu qərar ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. O, buna səbəb kimi ölkənin daxili və xarici siyasi qərarlarına təsir edə bilmədiyini göstərib.