Putin və Makron arasında telefon danışığı olub - Nələr müzakirə olunub?

01 fevral, 2022 00:14

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı aparıb.

Telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət, Rusiyaya uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi davam etdirilib. Vladimir Putin bu problemlərə prinsipial yanaşmaları bir daha ətraflı şəkildə qeyd edib.

Telefonla gələcək təmaslar, habelə Rusiya və Fransa prezidentləri arasında şəxsi görüşün keçirilməsi imkanlarının operativ öyrənilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Putin yanvarın 28-də də Makronla telefonla danışıb.