Ucuz Azərbaycan qazından imtina edib bahalı Rusiya qazı alanlara cinayər işi

01 fevral, 2022 16:27

Gözlənilir ki, Bolqarıstanın dövlət qaz təchizatı şirkəti “Bulgargaz”ın keçmiş rəhbərliyinə qarşı Azərbaycandan ucuz təbii qazı tam həcmdə idxal edə bilmədikləri üçün rəsmi ittiham irəli sürüləcək.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov ötən gün yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.

Xəbər verildiyi kimi, yanvarın 28-də “Bulgargaz”ın bütün rəhbərliyi dövlət energetika holdinqlərini idarə edən “Bolqarıstan Energetika Holdinqi”nin qərarı ilə işdən azad edilib. Bu, “Bulgaraz” ətrafında Azərbaycan qazı ilə bağlı yaşanan qalmaqalların ardınca baş verib. “Bulgargaz” 2013-cü ildə Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycandan ildə 1 milyard kubmetr qaz almaq barədə müqavilə bağlayıb. 

"Bulgargaz"ın keçmiş direktoru Nikolay Pavlov

Lakin Cənub Qaz Dəhlizi işə düşsə də şirkət həmin qazı tam həcmdə ala bilmir, çünki Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin tikintisi illərdir ləngidilir. Ləngimənin yunan tərəfinin günahı üzündən baş verdiyi bildirilir. Nəticədə Bolqarıstan üçün nəzərdə tutulan 1 milyard kubmetr Azərbaycan qazının təxminən üçdə biri Rusiya qazını nəql edən kəmərlə revers rejimində nəql olunur.

Baş nazir Petkov onu da bildirib ki, hakimiyyət “Bulgargaz”ın rəhbərliyinin əslində Bolqarıstanı Yunanıstanla bağlayan qaz kəməri hələ tamamlanmasa da Azərbaycan qazını tam həcmdə almaq imkanı olduğunu üzə çıxarıb. Nəticədə rəhbərlik işdən kənarlaşdırılıb.

Baş nazir Kiril Petkov

“Azərbaycanın bizə satdığı təbii qazın qiyməti ilə ölkənin əsas təchizatçısı  “Qazprom”un satdığı qazın qiyməti arasında fərq o qədər böyükdür ki, istənilən həcmdə qazdan istənilən bəhanə ilə imtina edilməsi, hansı ki, bu bəhanələrin keçərli olmadığı sonradan aydınlaşdı, həm istehlakçılara, həm “Bulgargaz” şirkətinə ciddi ziyan vurur”, - baş nazir deyib.

Bundan əvvəl, yanvar ayında Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirmişdi ki, “Bulgargaz” şirkəti Azərbaycandan 1 milyard kubmetr ucuz qazı idxal edə bilməyib. Nikolovun sözlərinə görə, “Bulgargaz” Azərbaycan Qaz İxracı Şirkəti (AGSC) ilə müqavilənin şərtlərini dəyişərək bu ölkədən qaz idxalını qeyri-mümkün edib. Bunun əvəzində “Qazprom”dan daha bahalı qaz alıb. Nazirin sözlərinə görə, ötən il Bolqarıstan ucuz Azərbaycan qazını tam həcmdə ala bilmədiyi üçün 750 milyon avro ziyan çəkib.

“Bulgargaz”la AGSC arasında imzalanmış müqaviləyə əsasən Yunanıstan-Bolqarıstan qaz kəməri İGB Azərbaycan qazının nəqlinin əsas marşrutudur. Qaz kəmərinin tikintisi ləngiyib, amma Nikolov hesab edir ki, “Bulgargaz” Azərbaycandan razılaşdırılmış qaz həcminin hamısını idxal edə bilərdi. Baş nazir Petkov da bunu təsdiqləyib.

“Müqavilədən və ona əlavədən imtina edib bunu Yunanıstanla boru əlaqəsinin olmaması ilə əsaslandırıblar, amma biz təchizatçıdan (Azərbaycan tərəfi,- red.) xəbərdarlıq almışıq ki, qaz nəzərdə tutulan nöqtədən cəmi 200 kilometr aralıda olan Nea Mesembria (Yunanıstan,- red.) vilayəti üzərindən daxil ola bilər”, - baş nazir Petkov mətbuat konfransında bildirib. O əlavə edib ki, Daxili İşlər Nazirliyi faktlar üzərində işləyir və ittiham aktı yaxın günlərdə hazır olacaq.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI