ABŞ Rusiyaya sülhməramlı qüvvələri çıxarmağı təklif edir - Məxfi sənəd açıqlandı

02 fevral, 2022 16:09

ABŞ və NATO-nun Rusiyanın yanvarın əvvəllərində təqdim etdiyi təhlükəsizlik təminatı tələblərinə verdiyi yazılı cavabın mətni mətbuata sızdırılıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, yanvarın 26-da Rusiya tərəfinə təqdim edilən məxfi sənədi İspaniyanın “El Pais” qəzeti öz saytında dərc edib. Sənəd NATO üzvləri və eləcə də Ukrayna ilə razılaşdırıldığından onun nüsxəsinin İspaniya nəşrinə ötürülməsi təəcüblü deyil.

Sənədin məzmunu TASS dərc edib.

Artıq xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin həmin sənədin “diqqətlə öyrənildiyini” bildirib. Eyni zamanda deyib ki, ABŞ və NATO Rusiyanın üç əsas tələbinə məhəl qoymayıb.

Bunlar NATO-nun genişlənməsinin dayandırılacağına dair təminat verilməsi, alyansın öz hərbi infrastrukturunu Avropada 1997-ci il hüdudlarına çəkməsi və Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərinin yerləşdirilməməsi barədə tələblərdir.

Sənədin  mətnindən məlum olur ki, NATO və ABŞ bu üç tələbə məhəl qoymayıb, amma Rusiyaya bəzi sövdələşmələr təklif edilib. “NATO qarşıdurmaya can atmır. Lakin biz alyansın əsaslandığı prinsiplərdən, Avropada və Şimali Amerikada təhlükəsizlikdən kompromisə gedə bilmərik və getməyəcəyik”,- cavab məktubunda bildirilir.

ABŞ-ın ayrıca təqdim edilmiş cavabında göstərilir ki, Vaşinqton strateji stabilliyin təmin olunmasına dair Moskva ilə Rusiya-NATO Şurası və ATƏT çərçivəsində dialoqa hazırdır. Amma alyansın “açıq qapı” siyasətini qəti şəkildə dəstəkləyir. Lakin başlıca şərt olaraq Ukrayna ətrafındakı vəziyyətin de-eskalasiyası irəli sürülür. Bu isə Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çəkilməsi deməkdir.

Habelə ABŞ Rumıniya və Polşa ərazisində yerləşdirilmiş “Aegis Ashore” raketdən müdafiə sistemlərinin təftişinə, orada “Tomoqavk” raketlərinin yerləşdirilmədiyinə Rusiyanı əmin etməyə hazırdır. Amma əvəzində Rusiya da özünün iki yerüstü raket bazasında təftişə icazə verməlidir. ABŞ habelə strateji hücum silahları barədə yeni razılaşma üzərində dərhal danışıqlara başlamağa çağırır. Belə ki, ABŞ-la SSRİ arasında imzalanmış bu razılaşmanın qüvvəsi 2026-cı ildə bitir.

Eyni zamanda Vaşinqton Ukraynaya dair sövdələşmə də təklif edir. Cavabda bildirilir ki, ABŞ Ukrayna ərazisində hücum silahlarının və daimi hərbi kontingentin yerləşdirilməsindən  imtinaya dair  Kiyevlə məsləhətləşmələr şəraitində Rusiya ilə dialoq aparmağa hazırdır. Amma Moskva da analoji təminat verməlidir.

Habelə ABŞ və NATO Rusiyaya Ukrayna ətrafında de-eskalasiya tədbirlərinin görülməsinin və Rusiya qoşunlarının, sülhməramlılarının Krımdan, Dnestryanı bölgədən, Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının əvəzində silahlar üzərində nəzarətə və insidentlərin qarşısının alınması tədbirlərinə dair danışıqlar təklif edirlər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI