NATO ABŞ-ın Avropaya əlavə qüvvələr göndərmək qərarını dəstəkləyir?
03 fevral, 2022 00:39
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın Almaniya, Polşa və Rumıniyaya əlavə qüvvələr göndərmək qərarını alqışlayıb.
TASS xəbər verir ki, bu barədə Stoltenberqin Brüsseldəki bəyanatında deyilir.
"Mən ABŞ-ın Almaniya, Polşa və Rumıniyada əlavə qüvvələr yerləşdirmək, NATO-nun müdafiə qabiliyyətini artırmaq qərarını alqışlayıram", - məlumatda deyilir.
O vurğulayıb ki,“alyansın digər ölkələri də NATO üçün quruda, suda və havada öz qüvvələrini təmin edir.
Onun sözlərinə görə, alyans cavab qüvvələrinin hazırlığını artırıb və cənub-şərqdə əlavə döyüş qrupları yerləşdirməyi nəzərdən keçirir.
Stoltenberq NATO-nun yeni qüvvələrinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsini müdafiə xarakterli hesab edir.