"Qonşularla yalnız sülh şəraitində yaşamalıyıq" - Ermənistanda prezidentliyə namizəd

03 fevral, 2022 09:17

Ermənistanda Hakim Vətəndaş Razılaşması Partiyasından prezidentliyə namizəd Vahan Xaçaturyan Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının yanadır.

“İnterfaks” xəbər verir ki, bu barədə V.Xaçaturyan Ermənistan İctimai Televiziyasının efirində danışıb.

“Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq. “Sülhə məcburetmə” tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və həyatın yeganə formasıdır. Məcburiyyətlə heç nəyə nail olmaq olmaz”, - V.Xaçaturyan bildirib.

O, başlayan erməni-türk dialoquna müsbət münasibət bəslədiyini də vurğulayıb. V.Xaçaturyan bildirib ki, münasibətləri ilkin şərt olmadan normallaşdırmaq olar