Sərhədə cəmləşdirilmiş qoşunlar özlərini şübhəli aparmağa başldı - Sığınacaqlar hazırlanır

03 fevral, 2022 11:20

Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qoşun qruplaşmalarında “şübhəli dəyişikliklər” müşahidə olunur.

Bu haqda CNN telekanalı “Maxar Technologies” şirkətinin kommersiya peyklərindən əldə edilmiş yeni görüntülər əsasında bildirir.

Belə ki, Belarusun Ukrayna sərhədləri istiqamətində, habelə Krımda və Rusiyanın Ukrayna sərhədləri boyu səhra düşərgələrində dislokasiya olunmuş qoşunlar üçün praktiki olaraq hər yerdə sığınacaqlar yaradılır. Habelə qoşunların ümumi döyüş hazırlığı yüksəldilir. Səhra düşərgələrinin genişləndirildiyi də müşahidə olunur.

Əvvəllər səhra düşərgələrində əlavə personal üçün az sayda çadırlar müşahidə olunurdusa indi bütün dislokasiya yerlərində hərbi çadırlar və sığınacaqlar nəzərə çarpır. “Bu isə o deməkdir ki, bölmələr əlavə qoşun hissələri ilə gücləndirilir və ümumi döyüş hazırlığı yüksəldilir”, - materialda deyilir.

Məsələn, şirkət Krımın Novoozernıy rayonunda cəmləşdirilmiş qoşunların sentyabr ayında və yanvarın sonlarında çəkilmiş görüntülərini müqayisə edib. Sonuncu görüntülərə əsasən qoşunların fəallığı xeyli artıb, yeni çadırlar qurulub. Rusiyanın Ukrayna sərhədlərinə yaxın poliqonlarında isə intensiv artilleriya təlimləri keçirilir.

Qeyd edək ki, bəzi Qərb mənbələri Rusiyanın Ukraynaya hücumunun fevralın 10-u, 20-i aralığında baş verə biləcəyini bildirir. Ukrayna xarici işlər naziri Dmitri Kuleba ötən gün xarici KİV-lər üçün brifinqdə bu xəbərlərə münasibət bildirərkən deyib ki, Kiyevin sərəncamında olan informasiyalar mümkün hərbi müdaxilənin konkret tarixi barədə hətta mülahizə irəli sürməyə belə imkan yaratmır. Onun sözlərinə görə, hücumun başlayacağına dair heç bir mötəbər tarix yoxdur, belə məlumatlar ancaq ekspertlər tərəfindən təxmin kimi irəli sürülür.

Lakin son informasiyalara əsasən Rusiyanın hərbi müdaxiləsi qaçılmaz görünür. Belə ki, bir neçə saat əvvəl Rosqvardiyanın xüsusi bölmələrinin intensiv şəkildə Ukrayna sərhədlərinə tərəf daşındığı müşahidə edilib. Sosial şəbəkələrdə yayılan kadrlara əsasən böyük sayda zirehli transportyorlar, zirehli avtomobillər və hərbi yük avtomobillərinin müşaiyəti ilə qvardiyaçılar şose yolu ilə Ukrayna istiqamətində daşınır. Bəzi məlumatlara görə Rosqvardiya bölmələri dəmir yol eşalonları ilə də daşınmaqdadır.

Rosqvardiya bölmələri mümkün  hərbi müdaxilə zamanı Rusiya qoşunlarının ələ keçirdiyi yaşayış məntəqələrinə nəzarəti təhvil almaq, habelə qoşunların arxa cəbhə təminatının təhlükəsizliyini təmin etmək, sərhədyanı rayonlarda nəzarəti gücləndirmək üçün istifadə edilə bilərdi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"