Rus sülhməramlılarından növbəti "şou" - "Azərbaycana meydan oxuyurlar"

03 fevral, 2022 13:11

Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya Cənub Hərb Dairəsinin kontingenti yenə də özünəməxsus “şou” ilə gündəmə gəlib. Sözdə “sülhməramlı” obrazında Azərbaycan torpaqlarına gələn kontingent, 1 ildən çox bir müddətdə bütün etimadları təəssüflər olsun ki, doğrulda bilməyib.

Ötən gün mediada yayılan görüntülərdən də məlum olur ki, rus sülhməramlıları ərazidən keçən Azərbaycan hərbi kolonunu yoxlayarkən yanlarında separatçıların “polis” və “hərbçi”ləri ilə bu əməliyyatı həyata keçirir.

Sözsüz ki, bu görüntülər sosial şəbəkələrin Azərbaycan seqmentində təpki, hətta qıcığla qarşılanıb.

Nəzərə alsaq ki, 10 noyabr 2020-ci il bəyanatının müddəalarını öz boynuna götürən, lakin günü bu günə qədər bunlara əməl etməyən Rusiya sülhməramlılarının belə bir addımı atması artıq adi hal alıb. Lakin maraqlısı budur ki, həmin sazişdə bölgədən erməni silahlıların çıxarılması və paralel olaraq bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi bəndi mövcuddur. Patrul xidmətinin qondarma “Artsax”ın “hərbi” və “dövlət qulluqçuları” barədə bir kəlmə belə yoxdur.

"Azsiyaset" xəbər verir ki, yenisabah.az-a danışan siyasi şərhçi Qabil Hüseynli bunu Azərbaycana qarşı meydanoxuma olaraq qiymətləndirib:

“Bundan əvvəl də sülhməramlılar hər hansı bir normalara və razılaşdırılmış sənədin müddəalarına uyğun hərəkət etmirdilər. Onlat tez-tez həddi aşırdılar. Bu dəfə isə onlar lap ağını çıxarıb və sözün əsl mənasında, səbrimizi tam daşırıblar. Əminəm ki, Azərbaycan tərəfi bununla bağlı ciddi surətdə fikirləşir və bu oyunun qarşısını almaq üçün nələrsə edəcək. Çünki bu, oyuna bənzəyirdi və yerli separatçıların “polislər”i guya prosesdə iştirak etməsi haqqında müəyyən görüntü yaratması açıq-aşkar Azərbaycanın suveren hüquqlarına qarşı getmək və onu təhdid etməkdir. Bu həm də bizə meydan oxuma cəhdidir. Azərbaycan tərəfi, xüsusən, dövlət başçısı belə şeylərlə zarafat etməyi düşünmür və belə addımlara qarşı sərt tədbirlərin görülməsinin tərəfdarıdır. Zənnimcə, bu həyasız addıma qarşı nələrsə ediləcək”.

“Gah Qarabağda kilsə tikir, gah müxtəlif rus məfkurə sahiblərinin heykəllərini, “xilaskar” rus əsgərini qucaqlayan erməni qızının heykəlini qoyurlar. Yəni qızışdırıcı bir hərəkətlərdir. 1988-1990-cı illərdə də ermənilərə meydan verir, onları qızışdırırdılar, Kreml ermənilərə hər cür yardım göstərilirdi. Rusiya KİV-lərinin qapıları onlar üçün açıq idi. İndi də buna bənzər addımlar atırlar. Hələ ki sülhyaratma və danışıqlar prosesi müəyyən qədər ləngiyir və erməni tərəfi müxtəlif yağlı vədlər səsləndirsə də, prosesdə irəliləyiş görmür. Hamı qəti əmindir ki, Rusiya sülhməramlı qüvvələri bu ərazilərdən çıxarılmalıdır. Bunun başqa bir yolu yoxdur!” - deyə ekspert yekunlaşdırıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"