Ermənilər Rusiyanı ölkələrinə təhlükə kimi görürlər - SORĞU
03 fevral, 2022 16:27
Rusiya Ermənistanın təhlükəsizliyinə təhdid törədən ölkələr reytinqində 3-cü pillədə qərarlaşıb.
Bu barədə IRI institutunun keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Sorğuya əsasən, respondentlərin 11%-i Rusiyanı öz ölkələrinə təhdid hesab edir. Həmçinin Rusiyanı siyasi və iqtisadi təhdid olaraq görürlər. Belə ki, sorğuda iştirak edənlərin 15 və 17%-i belə düşünür.
Reytinqin birinci pilləsində Türkiyə (88%), ikinci pilləsində isə Azərbaycan (81%) yer alıb.