Türkiyə və Ukrayna arasında dron müqaviləsi imzalandə - Nələr gözlənilir?

03 fevral, 2022 20:16

Bu gün Türkiyə və Ukrayna arasında "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının birgə istehsalına dair müqavilə bağlanıb.

Müqavilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski tərəfindən imzalanıb.

Zelenski qeyd edib ki, müqavilə "Bayraktar" PUA-larının istehsalını təkmilləşdirəcək.

"Düz 30 il əvvəl Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu, tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir", - deyə Ukrayna lideri qeyd edib.