Rusiya Ukraynanın işğalı üçün hansı bəhanəni tapa bilər? - Pentaqon məhz buna görə narahatdır
04 fevral, 2022 00:37
Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Rusiyanın Ukraynanı işğal edə biləcəyi haqqında məlumatlara sahibdir.
Bu barədə Pentaqon məlumat yayıb.
“Rusiya Federasiyası işğal üçün bəhanə tapa bilər”, - deyə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları şərh edərkən, bildirib ki, bu, ABŞ-ın ilk belə açıqlaması deyil.