"Əsrin müqaviləsi" nə üçün məhz Azərbaycanla imzalandı? - DETALLAR

04 fevral, 2022 19:02

“1994-cü ildə Xəzər dənizinin enerji ehtiyatlarının hasilatı ilə bağlı bir çox şirkətlə müqavilə imzalandı (Əsrin müqaviləsi). ABŞ da Azərbaycana investisiya ayıran ölkələrdən biri idi. Müqavilə çoxsaylı beynəlxalq aktorları əhatə edirdi. İnvestisiya layihəsinin ümumi dəyəri 8 milyard dollar idi və bu o dövrdə keçmiş SSRİ ölkələri arasında ən böyük investisiya layihəsi hesab olunurdu”.  

Bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Kembric Universitetində təşkil olunan Mərkəzi Asiya forumunda bildirib.  

Səfir fikirlərini belə davam etdirib:   

“Azərbaycanla Xəzər dənizi vasitəsilə qonşu olan bütün ölkələrin təbii sərvətləri bizdən çox idi. Bəs, nə üçün həmin investorlar Azərbaycana yatırım etdilər? Bundan əlavə, onu da nəzərə alın ki, Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması yenicə əldə olunmuşdu. Azərbaycanda həmin dövrdə 1 milyondan çox qaçqın və məcburi köçkün var idi. Məncə, bu siyasi məsələrlə bağlıdır. Həmin müqavilə Azərbaycanın ovaxtki Prezidenti Heydər Əliyevin sayəsində reallaşdırıldı. Bu, ölkənin gələcəyini dəyişən hadisə idi”.   

Elin Süleymanov “Əsrin müqaviləsi”nin bütün regionun inkişafına töhfə verdiyini və Gürcüstan, Türkiyə kimi ölkələr üçün vacib imkanlar yaratdığını da qeyd edib.  

“Heydər Əliyevin o vaxt seçdiyi doğru seçim Azərbaycanı bugünkü ölkə halına gətirdi. Gəlin inkişaf prosesinə Ermənistanla müqayisəli şəkildə nəzər salaq. Onu da qeyd edim ki, məsələ heç də təbii sərvətlərlə bağlı deyil. Sadəcə olaraq, qonşularına hücum edən ölkənin uğur qazanması mümkün deyil”, - deyə səfir əlavə edib. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"