ABŞ İrana qarşı bəzi sanksiyaları ləğv etdi

05 fevral, 2022 09:24

ABŞ Vyana danışıqlarının davam etdiyi bir məqamda İrana tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edib.

"Associated Press" xəbər verir ki, dövlət katibi Entoni Blinken mülki nüvə fəaliyyəti ilə bağlı fərman imzalayıb. 

ABŞ Dövlət Departamenti bəyan edib ki, bu addım siyasi mülahizələrə əsasən atılıb.

Sanksiya istisnaları xarici ölkələrə və şirkətlərə İranın Buşehr atom elektrik stansiyasında, Ərak ağır su stansiyasında və Tehran tədqiqat reaktorunda mülki layihələrdə işləməyə imkan verir.