""Artsax ordusu"nun məhvi üçün... " - Sabiq nazir

05 fevral, 2022 10:47

“Ermənilər İrəvanın Qarabağ siyasətinin iflasa uğradığının fərqindədirlər, Qarabağda yaşamaq istəmirlər, köçürlər...”

“Qarabağın müdafiə ordusu”nun məhvi üçün cəmi bir tərxislik qalıb". Xəbər verdiyimiz kimi, bunu Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində yazıb. Qazaryan deyib ki, 2020-ci ildəki müharibədən sonra artıq üçüncü çağırışdır ki, Ermənistandan Qarabağa çağırışçı-əsgər göndərilmir: “Yəni, faktiki üçüncü dəfədir ki, Qarabağ müdafiə ordusunun hərbi qulluqçuları yalnız tərxis olunur, onların yerinə isə yeni çağırışçılar göndərilmir”.

Onun sözlərinə görə, “dqr” təkbaşına öz “təhlükəsizliyini” təmin eləmək gücdə deyil.

Bəs İrəvan rəsmiləri deyirdilər 10 milyonluq Azərbaycana qarşı vuruşan, duruş gətirən “yenilməz artsax ordusu”dur?  O zaman Qazaryan nədən narahatdır? Əsas sual isə budur ki, ərazimizdəki qanunsuz erməni dəstələrinin tərk-silahı nə vaxt yekunlaşacaq? Paşinyan bu prosesə gerçəkdənmi dəstək vermək və uydurma “özünümüdafiə ordusu”nu ləğv eləmək niyyətindədirmi?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, əvvəla, Edqar Qazaryan bununla Ermənistanı ifşa edib: “İrəvan həmişə deyirdi 10 milyonluq Azərbaycana qarşı vuruşan, duruş gətirən məhz ”yenilməz artsax ordusu"dur.  Qazaryan bax, İrəvanın tez-tez səsləndirdiyi bu bəyanatı ifşa etmiş oldu. İkincisi, 30 il ərzində Ermənistanın Qarabağ siyasəti hələ ikinci Qarabağ müharibəsindən öncə erməni əhalinin iki dəfə azalmasına gətirib çıxarıb. 2020-ci ildəki 44 günlük müharibə zamanı və ondan sonrakı müddətdə isə Qarabağdakı müharibə vaxtı isə əhalinin sayı 25 minə qədər azalıb. Çünki artıq ermənilər İrəvanın Qarabağ siyasətinin iflasa uğradığının fərqindədirlər. Qarabağda yaşamaq istəmirlər, köçürlər:

Orada yaşayan erməni əhali Azərbaycanın təsiri olmadan da belə, Ermənistanın və onun havadarlarının siyasi oyunlarının qurbanı olmaq istəmir. Həm Ermənistanda, həm Rusiyada qüvvələr var ki, onlar münaqişə Azərbaycana təsir aləti olaraq daim qalsın. Amma bu alətin işlək vəziyyətdə olması üçün orada əhali olmalıdır. Əhalinin sayı isə get-gedə azalır. Separatçıların qondarma “ordusu”nun da get-gedə sayının azalmasında bu amil də iştirak edir. Bölgəni tərk edib gedən erməni əhalinin əksəriyyəti məhz gənclərdir. Artıq nəinki Ermənistandan çağırışçı əsgərlər Qarabağa getməkdən imtina edirlər, onların valideynləri uşaqlarının Qarabağa görndərilməsinə qarşı çıxırlar, eləcə də Qarabağda yaşayan gənc ermənilər də qondarma “ordu”ya getmək istəmirlər, buna görə ya Ermənistana qaçırlar, ya da başqa xarici ölkələrə üz tuturlar. Beləliklə, nəticədə həmin bu Edqar Qazaryanın yazdığı vəziyyət meydana gəlib".

Sabiq nazir qeyd etdi ki, Azərbaycan dövləti strateji təmkinli siyasəti həyat keçirir və bu məsələnin həll eləmək imkanı qazanır:

“Azərbaycan təmkinli siyasət yürüdür. Qarabağdan Azərbaycanın suverenliyini tanımayan ermənilərin xaricə axınının qarşısını nə Ermənistan, nə də Rusiya ala bilmədi. İnsanların sayı azalmaqda davam edir. Azərbaycan strateji təmkinlik siyasəti həyata keçirməklə, azad edilmiş ərazilərdə infrastrukturu bərpa eləməklə, insanların qayıdışını təmin eləməklə yaxın müddət ərzində öz məqsədinə nail olacaq”.

T.Zülfüqarovun sözlərinə görə, Nikol Paşinyan elə bu yaxınlardaca Qarabağ siyasətini təzə şəraitdə davam edəcəklərini bəyan edib:

“Bu isə o deməkdir ki, Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycanın suverenliyinə zidd olan fəaliyyət davam ediləcək. Müharibədən sonra Ermənistan rəhbərliyinin şansı var idi ki, problemə birdəfəlik son qoyulsun və qonşularla normal münasibətlər qurulsun. Lakin belə görünür ki, Ermənistan buna hazır deyil. İlin əvvəlindən Ermənistan təzə bir proqram qəbul edib ki, 280 milyon dollar civarında Qarabağda hansısa layihələr həyata keçiriləcək. Bu, Paşinyanın dediyi yeni şəraitdə Qarabağ siyasəti, işğal siyasəti ilə bağlı bir addımdır.

Amma Ermənistanın bu kimi cəhdlərinə baxmayaraq, orada insanları saxlamaq mümkün deyil. Kənara insan axını davam edir və edəcək. İndi ermənilər yeni təxribata əl atmaqdadırlar. Kəlbəcərə yük aparan Azərbaycan maşınlarını rus sülhməramlılarla yanaşı, ermənilərin də yoxlaması və bunun videoaya çəkilərək yayılması Azərbaycanı kəskin addımlar atmağa vadar eləmək və bununla da aranın qarışmasına nail olmaq üçün qurulan təxribatdır. Əsas məqsədləri Azərbaycanı strateji təmkinlik adlanan siyasətdən sapdırmaqdır. Çünki bilirlər ki, Azərbaycanın bu siyasəti sonda ermənilərin tamamilə uduzması ilə nəticələnəcək".

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"