"Blef bitdi, Putin heç vaxt əsl müharibə başlatmayacaq" - "Exo Moskva"

05 fevral, 2022 15:23

“Bu gün Ukrayna ordusu Rusiya ordusundan daha müasirdir”, - tanınmış rusiyalı jurnalist və yazıçı Yuliya Latınina “Exo Moskva” radiostansiyasının efirində belə deyib.

“Vəssalam, uşaqlar, blef bitdi. Putin heç vaxt əsl müharibə başlatmayacaq, çünki onu uduza bilər”, - jurnalist bildirib. Onun fikrincə, Kremli planından çəkindirən son hadisə Ukraynaya Qərbdən ölümcül silahlar, o cümlədən “Javelin” və “Stinger” raketlərinin göndərilməsi oldu. Latınina hesab edir ki, Putin hibrid müharibəyə üstünlük verir, daha əvvəl Gürcüstan və Ukraynada olduğu kimi.

Jurnalist əmindir ki, hazırda Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi  130 minlik qoşunla irimiqyaslı hərbi müdaxilə həyata keçirmək qətiyyən mümkün deyil. “Ukrayna ordusu Rusiyanın 2014-cü ildə qarşılaşdığı ordudan güclü şəkildə fərqlənir. Ukrayna ordusu müasir taktiki müharibə aparmaq üçün məşq edib”,-Latınina bildirib.

Məsələn, o qeyd edib ki, Kiyev Türkiyədən fəal şəkildə “Bayraktar TB2” döyüş PUA-larını alır, hansı ki, həmin PUA-ların köməyi ilə Azərbaycan ordusu Qarabağı azad edə bilib. Paralel olaraq ukraynalılar özlərinin tank əleyhinə “Stuqna” raket kompleksini inkişaf etdiriblər və bu komplekslər hətta “Javelin”ləri üstələyir.

Latınina bildirir ki, Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi bu ölkə üçün dəhşətli fəlakət olardı. Amma Rusiya ordusunun müasir olmasına görə deyil, sayına görə. “Olduqca az ehtimal ediləndir ki, Rusiya ordusu fəlakətli itkilər vermədən Ukrayna ərazisində irəliləyə bilsin”, - rusiyalı jurnalist qeyd edib.

Xatırladaq ki, ABŞ və NATO Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə hazırlaşdığı barədə xəbərdarlıq edirlər. Rusiya rəhbərliyi isə belə niyyətlərinin olmadığını bildirir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"