Rus ordusu 72 saata Kiyevvə daxil ola bilər - ABŞ rəsmiləri gözlənilən müharibənin ssenarilərini açıqladılar

07 fevral, 2022 12:21

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan fevralın 6-da "Fox News" verdiyi müsahibəsində bildirib ki, Rusiya Ukraynanı günlər və ya həftələr ərzində işğal edə bilər.

“Biz pəncərənin qarşısındayıq. İstənilən gün Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya bilər, ya da bu, bir neçə həftə ərzində baş verə bilər, ya da bunun əvəzinə Rusiya diplomatik yolu seçə bilər”, - deyə Sullivan qeyd edib. O, NBC telekanalına ayrıca müsahibəsində isə deyib ki, Rusiyanın istənilən mümkün hərəkəti Ukraynanın Donbas bölgəsinin ilhaqı, kiberhücumlar və ya Ukraynaya genişmiqyaslı müdaxiləni əhatə edə bilər.

Sullivan həmçinin deyib ki, ABŞ-ın Ukraynada müharibəyə başlamaq və ya Rusiya ilə müharibə aparmaq üçün qoşun göndərmir.

Sallivan, ABŞ qoşunlarının böyük bir kontingentinin NATO müttəfiqlərinin gücləndirilməsi çərçivəsində fevralın 6-da Polşaya enişindən sonra danışıb. Diviziyanın komandiri olan general hava limanında jurnalistlərə deyib ki, yerləşdirmə ehtiyatlı tədbir və müdafiə xarakteri daşıyır.

Ötən həftə ABŞ Rusiyanı daha çox qoşunu geri çəkməyə sövq etmək səylərinin bir hissəsi olaraq Almaniya və Şərqi Avropaya 3000 əlavə əsgər göndərdiyini elan edib

Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə üçün lazım olan qüvvə və vasitələrin təxminən 70 faizini Ukrayna sərhədlərinə çəkib. Bu barədə ABŞ rəsmilərinə istinadla "Reuters" və "Washington Post" məlumat dərc edib.

Amerika kəşfiyyat mənbələrinin məlumatına görə, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının (BTQ) sayı 83-ə çatıb. Məlumatda vurğulanır ki, cəmi bir həftə əvvəl bu say 60-a yaxın olub. Daha 14 qrupun isə yolda olduğu bildirilir. Nəşrlərdə BTQ-lərin ümumi sayına “Müttəfiqlərin qətiyyəti” təlimində iştirak etmək üçün Belarusa yollanan Rusiya hərbçilərinin daxil olub-olmadığı aydın deyil.

Məlumatlara görə, bir batalyon taktiki qrupunda 750 hərbçi olur. "Washington Post"un yazdığına görə, ilhaq edilmiş Krımdakı hərbçilərlə bir yerdə Ukrayna sərhəddində yerləşdirilən Rusiya hərbçilərinin sayının 100-130 min nəfər olduğu bildirilir.

"Reuters"in istinad etdiyi ekspertlərin fikrincə, fevralın 15-ə doğru ağır hərbi texnikanın yoldan kənarda hərəkət edə bilməsi üçün yer kifayət qədər donmuş olacaq - bu, işğalı asanlaşdıran şərtlərdən biri adlanır. Hava şəraiti baxımından təhlükə martın sonuna kimi davam edəcək.

Nəşrlər, həm də ABŞ rəsmilərinə istinad edərək - genişmiqyaslı işğal halında mümkün itkilər barədə təxminləri yazıblar. Bu hesablamalara görə, Ukrayna hərbçiləri arasında itkilər 5-25 min arası, Rusiya hərbçiləri arasında 3-10 min, mülki şəxslər arasında 25-50 min itki ola bilər. Bundan əlavə, işğalın Avropa İttifaqı ölkələrində 5 milyona qədər qaçqının didərgin düşməsinə səbəb ola biləcəyi iddia edilir.

Bunda başqa yazılarda mümkün hərbi kampaniyanın gedişatının qiymətləndirilməsindən də bəhs edilir. İddia olunur ki, rus hərbçilərinin Kiyevə daxil olması üçün cəmi 2 gün lazım ola bilər, lakin bu şəhərin ələ keçirilməsi çoxsaylı itkilərlə müşayiət olunacaq.

"Fox News" Birləşmiş Komandanlar Komitəsinin sədri Mark Millinin konqresmenlər qarşısında bu yaxınlarda etdiyi şəxsi çıxışı ilə tanış olan konqresdəki mənbələrə istinadən - iddia edir ki, Kiyev 72 saat ərzində tutula bilər.

Rusiya Ukraynanı işğal etmək planının olmadığını bildirir və belə bir təhlükə barədə yazıb-yaradan Qərb siyasətçilərini və medianı tənqid edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə son yazılanları dəlilik və təşviş adlandırıb. (azadliq.org)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"