"Avropa İttifaqı Azərbaycanla maye qaz tədarükü ilə bağlı danışıqlar aparır" - Jozep Borrel

07 fevral, 2022 14:50

Avropa İttifaqı (Aİ) maye təbii qaz (LNG) tədarükünü genişləndirmək üçün Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə danışıqlar aparır.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

"ABŞ artıq Avropaya ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsüdür və biz yaxın aylarda qaz tədarükümüzün təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığımızı gücləndirəcəyik. ABŞ-dan başqa biz Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə də LNG tədarükünü genişləndirmək üçün danışıqlar aparırıq", - deyə C.Borrell qeyd edib.