"Facebook" və "Instagram" Avropada bağlana bilər

08 fevral, 2022 01:09

Amerikanın "Meta" şirkəti Avropada "Facebook" və "Instagram" sosial şəbəkələrinin fəaliyyətinin dayandırılacağını istisna etmir.

Bu barədə RİA Novosti şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabata istinadən xəbər verir.

Problem Avropa İttifaqında avropalıların şəxsi məlumatlarının yalnız qitədə yerləşən serverlərdə saxlanmasını və emalı tələb edən qanunun qəbulu ilə bağlıdır. İndi bu məlumatlar, o cümlədən ABŞ-da yerləşən serverlərdə emal olunur.