Tanklar və “Pion” qaubitsaları sərhədin cəmi 10 kilometrliyində

08 fevral, 2022 09:39

Ukrayna ətrafındakı situasiya belə görünür ki, “qaynama nöqtəsinə” yaxınlaşmaqdadır. Belə ki, Rusiya son günlər bu ölkə sərhədlərinə qoşun cəmləşdirilməsi prosesini daha da sürətləndirib və artıq tanklar, özüyeriyən artilleriya qurğuları, o cümlədən 203 millimetrlik “Pion” özüyeriyən qaubitsaları sərhədin cəmi 10 kilometrliyində görünüb.

"Azsiyaset" virtualaz.org-a istiandla xəbər verir ki, quru sərhədləri ilə yanaşı Ukraynanın dəniz sərhədləri boyu da qüvvələr cəmləşdirilir, Qara dənizə bu gün Rusiyanın bir neçə desant gəmisinin daxil olacağı gözlənilir.

Vəziyyətin bu cür gərginləşməkdə olduğu bir vaxtda TASS məlumat yayıb ki, Kiyev ABŞ-dan təcili olaraq Xarkov ətrafında THAAD raketdən müdafiə komplekslərinin bir neçə diviziyonunu yerləşdirməyi xahiş edib. Agentlik bu məlumatı diplomatik mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, əgər Kiyevin bu istəyi yerinə yetirilsə kompleksin tərkibinə daxil olan radiolokasiya stansiyası Rusiya ərazisinin əhəmiyyətli hissəsində hava-kosmik məkanını izləyə biləcək.

“Kompleksin tərkibindəki AN/TPY-2 radolokasiya stansiyası Kiyevə və onun NATO-dakı müttəfiqlərinə Rusiya ərazisinin min kilometrə qədər dərinliklərinə “baxmaq” imkanı verə bilər”,- mənbə deyib.

THAAD (Theater High Altitude Area Defense) orta və böyük mənzilli ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Rəsmi Kiyev ABŞ-dan bu komplekslərlə bağlı xahiş etdiyini təsdiqləmir. ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays isə bu xəbəri şərh etməkdən imtina edib. Prays jurnalistlərə bildirib ki, o hipotetik planları şərh edə bilməz. “Mən barəsində danışılmayan addımları şərh edə bilmərəm. Onlar hipotetik addımlardır və baş tutmaya da bilər”,-o deyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə THAAD sistemlərinin Ukrayna ərazisində yerləşdirilməsinin “destablizasiyaya birbaşa yol açacağını” bildirib.

Qeyd edək ki, Rusiya Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və alyansın Şəqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi barədə ultiimativ tələblər irəli sürüb. Lakin ABŞ və NATO bu tələbləri qəbul etməyib. Rusiya rəhbərliyi bəyan edir ki, Moskva “təhlükəsizlik təminatı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə” cavab addımları atacaq.

Bu arada sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında cəmləşdirilməkdə olduğunu göstərən yeni kadrlar da yayılmaqdadır. Son belə kadrlara əsasən Belqorod vilayətinin sakinləri Ukrayna sərhədlərindən cəmi 15 kilometr məsafədə yerləşən Vesyoloya Lopan dəmir yol stansiyasına 203 millimetrlik “Pion” özüyeriyən qaubitsalarını daşıyan eşalonunun daxil olduğunu görüblər. Eşalonda azı 10 belə qaubitsa yer alıb.  Bu qaubitsalar ilk dəfədir ki, Ukrayna sərhədləri yaxınlığında görünür.

Digər kadrlarda isə həmin dəmir yol stansiyasının yaxınlığında, Ukrayna sərhədlərindən cəmi 12 kilometr məsafədə çoxsaylı tankların və özüyeriyən qaubitsaların, habelə çoxsaylı hərbçilərin və hərbi yük avtomobillərinin cəmləşdirildiyi görünür. Sakinlər dəmir yol eşalonları ilə texnikanın və canlı qüvvənin gəlməkdə davam etdiyini bildirirlər.

“BlackSeaNews” monitorinq qrupu isə bildirir ki, Rusiya Qara dəniz və Azov dənizində Ukraynaya qarşı gözlənilən müdaxilədə iştirak etmək üçün desant gəmiləri qruplaşmasını cəmləşdirir. Belə ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal və Baltik donanmalarının desant gəmiləri bu gün fevralın 8-də və sabah Qara dənizə daxil olacaq. Ötən bazar günü isə Şimal donanmasının “Marşal Ustinov” raket kreyseri Hibraltar boğazından keçərək Aralıq dənizinə daxil olub. Rusiya donanmasının “Donanma admiralı Kosatanov” və “Vitse-admiral Kulakov” raket kreyserləri də hazırda Aralıq dənizindədir. 

Beləliklə, Rusiya Hərbi Dəniz Qüvvələrinin arsenalında olan üç raket kreyserinin hamısı, hansı ki, sovet dövründə onları “təyyardaşıyanların qatili” adlandırırdılar,-Qara dəniz və Aralıq dənizindədir. Ehtimal edilir ki, onlar ABŞ-ın Ukrayna ətrafındakı situasiyaya mümkün müdaxiləsini əngəlləmək üçün cəmləşdiriliblər.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Azov dənizinə desant qrupları daşıyan sürətli katerlər apardığı məlum olmuşdu.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI