8 erməni əsgərinin azad edilməsi ilə bağlı NATO-nun mövqeyi
08 fevral, 2022 11:35
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina bu gün Azərbaycanın 8 erməni hərbçini azad etməsini alqışlayıb.
"Bu, həqiqətən yaxşı xəbərdir", - Kolomina Azərbaycanın 8 hərbçini Ermənistana verməsi barədə yazıb.
"NATO bizim həm Ermənistanla, həm də Azərbaycanla tərəfdaşlığımızı qiymətləndirir və onlar arasında münasibətlərin normallaşmasını dəstəkləyir ki, bu da regionda sabitliyə və çiçəklənməyə kömək edəcək", - Kolomina qeyd edib.