İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir...

08 fevral, 2022 13:13

Cənub Qaz Dəhlizinin bir hissəsi olan və Azərbaycan qazını Avropa bazarlarına nəql edən TAP qaz kəmərinin işə düşməsindən bir ildən çox vaxt keçsə də kəmərin keçdiyi İtaliyada hələ də bu qaz kəmərinə qarşı çıxanlar fəaliyyətlərini davam etdirir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, “Euronews” telekanalı İtaliyada TAP kəmərinə qarşı etirazlar təşkil edən, kəmərin ətraf mühitə zərər vurduğu barədə iddialar irəli sürən “NO TAP” hərəkatı barədə reportaj yayıb, hərəkatın fəalları bu kəmərin Avropanın qaz təchizatının şaxələndirilməsində real rolunun olmadığını iddia edirlər.

Bakıda Cənub Qaz Dəhlizi iştirakçılarının məşvərət şurasının növbəti toplantısından sonraya, Avropanın Azərbaycandan TAP kəməri ilə daha çox qaz almaq üçün danışıqların getdiyi bir vaxta təsadüf edən bu reportajda bildirilir ki, İtaliyanın Apuliya bölgəsində kəmərin real faydasına şübhə edənlər var. “NO TAP” ekoloji hərəkatının fəalı Canluka Madjore hesab edir ki, bu kəmər Avropanın qaz təchizatını şaxələndirə bilməyib. 

Çünki onun fikrincə, Azərbaycan qazı bahalıdır, üstəlik bu qazı hasil edən “Şahdəniz” konsorsiumunda Rusiya da təmsil olunur. “NO TAP” fəalı bildirir ki, kəmərin ətraf mühitə zərəri “böyükdür” və hazırda bununla bağlı məhkəmə çəkişmələri davam edir.

Lakin TAP konsorsiumunun İtaliyadakı əməliyyatlar üzrə direktoru Elihio Lo Kaşio bildirir ki, Avropa bazarında təbii qazın qiymətinin kəskin artdığı, bazarda qıtlıq və yüksək tələbat hökm sürdüyü bir vaxtda əlavə təchizat mənbəyinin mövcud olması İtaliyanın mövqeyini gücləndirir.

TAP şirkəti bu iddiaları məhkəmə davam etdiyi üçün şərh etməyib. Lakin Elihio Le Kaşio bildirir ki, kəmərin ətraf mühitə təsiri “sıfır da olmasa, sıfra yaxındır”.

İtaliyanın keçmiş baş naziri, “Forza İtalia” hərəkatının lideri Silvio Berluskoni isə TAP kəmərinin əhəmiyyəti barədə danışıb. “Radio Montecarlo”ya müsahibəsində Berluskoni bildirib ki, qaz və nüvə enerjisi Avropa Komissiyası tərəfindən təmiz və təhlükəsiz enerji mənbələri siyahısına daxil edilib. “Ona görə də biz İtaliyanın xarici enerji mənbələrindən asılılığını aradan qaldırmaq, TAP kimi mövcud qaz kəmərlərinin imkanlarından maksimum istifadə etmək üçün yeni zavodlar və infrastruktur tikməliyik. İndi biz görürük ki, bir çox illər ərzində bu kəmərin ətraf mühitə zərər vurduğu iddiası ilə onun tikintisinə qarşı çıxanlar nə dərəcədə haqsız idi”,- Berluskoni bildirib.

TAP kəməri ilə Avropaya ildə 10 milyard kubmetr qaz nəql etmək imkanı var. Hələlik bu kəmərlə 6 milyard kubmetrə yaxın qaz nəql olunur. Avropa İttifaqı Azərbaycanla danışıqlar aparır ki, kəmərlə qaz nəqlini 8 milyard kubmetrə qədər artırsın.

 Kəmərin ətraf mühitə zərər vurduğu barədə iddialarla İtaliyada bəzi siyasi qüvvələr və ətraf mühit təşkilatları TAP-ın tikintisi zamanı etiraz aksiyaları təşkil edirdilər. Bu zaman polislə toqquşmalar, tikinti texnikasının qəsdən sıradan çıxarılması halları da baş verirdi. Lakin bütün bu maneələrə baxmayaraq kəmərin tikintisi başa çatdırıldı və 2020-ci il dekabrın 31-də işə salındı.TAP kəməri ilə Yunanıstana nəql edən Azərbaycan qazını daha sonra Bolqarıstana çatdırmaq üçün nəzərdə tutulan IGB interkonnektor qaz kəmərinin tikintisi isə illərdir ləngidilir. Nəticədə Bolqarıstan Azərbaycanla 2013-cü ildə bağlanmış müqavilə əsasında nəzərdə tutulan 1 milyard kubmetr qazın hamısını ala bilmir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI