Ermənistanla Belarus arasında diplomatik qalmaqal

08 fevral, 2022 21:47

Belarus Prezidenti Aleksandr Lukaşenkonun telejurnalist Vladimir Solovyova verdiyi son müsahibədə Ermənistanın ünvanına söylədiyi fikirlər İrəvanda böyük əks-səda doğurub. 

Xatırladaq ki, Lukaşenko müsahibədə Ermənistanın və ermənilərin heç kimə lazım olmadığını bildirib: “Ermənistanın gedəcək yeri yoxdur. Elə bilirsiniz ki, onlar kiməsə lazımdırlar? Onlar artıq bunu gördülər... Nikol Vovayeviç(Paşinyan-red.) bunu gördü”.

Bu barədə erməni mətbuatı xəbər verir.

Bildirilir ki, Lukaşenkonun Ermənistanın ünvanına söylədiyi fikirlərə ölkə parlamentində sərt təpki göstərilib.Nikol Paşinyanın hakim partiyasından olan deputatlar bu məsələdə xüsusi aktivlik göstəriblər. 

Deputat Vaqarşak Akopyan parlament tribunasından deyib ki, Aleksandr Lukaşenko özünü müttəfiq ölkə rəhbəri kimi aparmır: “Tərəfdaş ölkənin lideri digər tərəfdaş ölkələrin ünvanına belə fikirlər söyləmək hüququna malik deyillər. Qazaxıstandakı son hadisələri xatırlatmaq istəyirəm. Bunu Ermənistanın kimə lazım olduğuna dair fikrə cavab olaraq deyirəm. Əminəm ki, cənab Lukaşenko Ermənistanın indiyə qədər və indi də kimə lazım olduğunu yaxşı bilir...”

Ardınca hakim partiyadan olan daha bir deputat – Ovik Ağazaryan tribunaya çıxaraq Lukaşenkonun və onunla yanaşı Kremlə yaxın olan erməni əsilli Marqarita Simonyanın ünvanına kəskin tənqidlər söyləyib: “Hansısa Lukaşenkolar, Marqarita Simonyanlar öz fəaliyyətlərilə Rusiya hakimiyyətinə “ayı xidməti” göstərirlər. Yaxşı olardı ki, Lukaşenko bu cür fikirlər səsləndirməzdən öncə donuz tövləsini xatırladan Minsk aeroportuna baş çəkəydi...”

Parlamentdə lukaşenkonun ünvanına təhqir və ittihamlar havada uçuşan ərəfədə Ermənistanın Xarici İşlər Nazirliyi də Belarus Prezidentinə etiraz bəyanatı yayıb. XİN-in mətbuat katibi Vaan Unanyan bildirib ki, Belarus Prezidentinin “özünəməxsus fikri”nin Ermənistana heç bir aidiyyatı yoxdur və bu fikirlər Belarusun daxili gündəminə xidmət məqsədi daşıyır.

Əslində, bununla XİN təmsilçisinin nə demək istədiyi o qədər də anlaşılan deyil. Çünki Lukaşenkonun Ermənistan barədə dedikləri ilə Belarusun daxili siyasət gündəmi arasında hansı əlaqənin olduğu məlum deyil...

Ancaq istənilən halda, görünən odur ki, Lukaşenkonun son açıqlaması KTMT və Avrasiya İttifaqı kimi təşkilatlarda tərəfdaş olan Belarusla Ermənistan arasında əsl diplomatik qalmaqal yaradıb. Bu isə növbəti dəfə Rusiyanın patronajlıq etdiyi adı çəkilən təşkilatların keyfiyyəti və buradakı ölkələrin guya bərabərhüquqlu tərəfdaş olduqlarına dair nağılların yalan olduğunu ortaya qoyur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI