Fransanın Azərbaycana kömək təklifi nədən ibarətdir?

09 fevral, 2022 10:16

“Azərbaycanın səkkiz erməni əsgərini azad etməsi və onların Fransa hökumət təyyarəsi ilə İrəvana göndərilməsi hazırda Avropada yaşadığımız gərgin təhlükəsizlik kontekstində yaxşı xəbərdir”.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, məhz hər iki tərəfin bu cür xoşməramlı jesti ilə Azərbaycan və Ermənistan arasında sülhə doğru irəliləmək mümkün olacaq:

“Bu azad edilmə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Prezident Əliyev və Baş nazir Paşinyanın başladıqları dialoq, diplomatiya və gərginliyin azaldılması səylərinin nəticəsidir. Bu, xüsusilə dörd liderin fevralın 4-də onlayn keçirilən görüşündən sonra baş verir.

Fransa Azərbaycanın bu jestini yüksək qiymətləndirir. Bu azad edilmə yerinə düşür və zəruridir, belə ki, müharibədən “post-münaqişə”yə və “post-münaqişə”dən “sülh danışıqlarına” keçid sərhəddə gərginliyin azaldılması, sonuncunun delimitasiyası və demarkasiyası, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması kimi sahələrdə güclü siyasi iradə və gərginliyi azaldan hərəkətlər tələb edəcək. Sülh prosesinə keçid humanitar sahədə digər irəliləyişləri də cəlb edəcək. Onilliklərlə davam edən münaqişədən sonra əhali arasında inamı bərpa etmək və ailələrin ağrı-acısını yüngülləşdirmək, xüsusən də saxlananların öz yaxınlarına qovuşmasına imkan yaratmaq, itkin düşənlərin qalıqlarını müəyyən etmək, mina qurbanlarına yardım göstərmək və sahənin minalardan təmizlənməsini təmin etmək həqiqətən də lazımdır.,

Məhz bu səbəbdən Fransa ötən il olduğu kimi 2022-ci ildə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsinə kömək etmək üçün tərəflərlə və xüsusilə Azərbaycanla işləməyə davam edəcək.

Məhz bu səbəbdən də Fransa minalardan təmizləmə və mina qurbanlarına yardım sahəsində ANAMA ilə əməkdaşlıq təklifi irəli sürüb.

Həmçinin, sülh layihəsindən yaranan və sərhədlərin idarə edilməsi və regional inkişaf məsələlərində böyük və əhəmiyyətli təcrübəyə malik olan Avropa İttifaqı da Azərbaycan və Ermənistanı müşayiət etməyə hazırdır.

Milliyyətçi ritorikadan və tarixi mübahisələrdən əl çəkməyin vaxtıdır. Azərbaycan və Ermənistan arasında sülh yoluna qətiyyətlə daxil olmaq üçün bütün xoşməramlı insanların, gənclər kimi yaşlıların da cəlb edilməsi zəruri olacaq”, - məlumatda bildirilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"