Azərbaycanda "Youtube" kanallar bir-birini "vurur"

09 fevral, 2022 15:51

Azərbaycanda sosial şəbəkələr ənənəvi medianın əhəmiyyətini getdikcə azaltmaqdadır. Bir müddət öncə ölkəmizdə yaranan onlarla "Youtube" kanal özlərinə böyük izləyici ordusu yarada bilib. Bu kanallarda ölkənin əsasən sosial, ictimai-siyasi mövzuları gündəmə çıxarılır. Onlar təkcə geniş izləyici kütləsi qazanmır, həm də reklamlardan pul qazanırlar.

Ancaq bir müddətdir Azərbaycanda fəaliyyət göstərən "Youtube" kanalların bir neçəsinin izləyicisi hiss olunacaq dərəcədə aşağı düşüb.

Halbuki bu gün baxış sayı aşağı düşən həmin kanallar bir müddət əvvəl ölkədə ən baxımlı sosial platformalar sırasında ilk yerləri tutmuşdu.  

Bəs bunun səbəbləri nə ola bilər? Nə üçün ölkədəki Yutub kanalların bir hissəsi sürətlə böyüyür, bir hissəsi isə özünün auditoriyasını itirir?

Məsələ ilə bağlı Azsiyaset.com qısa araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki, maraqlı detallar üzə çıxıb.

Birincisi, bu, "Youtube"un Azərbaycanda fəaliyyət göstərən partnyor şirkətləri arasında rəqabətin nəticəsi ola bilər. Məsələn, bir partnyor şirkət digər partnyor şirkətlə işləyən yerli kanallardan şikayətlər yazır və nəticədə belə bir hal yaşanır. Məqsəd “vurulan” kanalları rəqib şirkətin əlindən alaraq özü ilə əməkdaşlığa cəlb etməkdir. Ölkədəki internet kanalların 70-80 faizi "Youtube"un Azərbaycandakı reklam partnyorlarından olan WediaCorp şirkəti ilə əməkdaşlıq edir. Yerdə qalan 20-30 faiz isə digər partnyor şirkətlərlə.

İkincisi, yerli "Youtube" kanallar öz rəqiblərini sıradan çıxarmaq üçün partnyor şirkətlərlə separat danışığa gedərək onların “vurulmasını” təşkil edirlər. 

Bununla bağlı Azsiyaset.com-un redaksiyasına olduqca maraqlı və faktlarla zəngin məlumatlar daxil olub

Azərbaycanda hansı "Youtube" kanal digər kanalları niyə vurur? Auditoriyası aşağı düşən kanallar bu hücumların qarşısını niyə ala bilmir? Bu sahədəki boşluqlar nədir?

Bütün bu mövzulara bir daha qayıdacağıq...

Azsiyaset.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"