"Ermənistan Rusiyaya lazım deyilsə, ordusunu bu ölkədən niyə çıxarmır?" - Zərdüşt Əlizadə

09 fevral, 2022 17:27

“Birincisi, Aleksandr Qriqoryeviçin fikirləri çox səfeh fikirlərdir və gerçəkliyi əks etdirmir”.

"Azsiyaset" xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

Xatırladaq ki, bundan bir neçə gün öncə Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyova verdiyi müsahibəsində Ermənistanın heç kimə lazım olmadığını və bu ölkənin getməyə yerinin qalmadığını bildirib.

Zərdüşt Əlizadənin sözlərinə görə, əgər Ermənistan heç kimə, xüsusən də Rusiyaya lazım deyilsə, onda Ermənistandan əlini götürsün:

“Çıxarsın ordusunu. Çıxarmır ki? Ordusunu saxlayıb orada, eləcə də, rus şirkətləri Ermənistanın əsas iqtisadi sahələrini nəzarətə götürüb. Elektrik, qaz, yol, dəmir yolu, bir sözlə, bütün sahələri. Əgər onlar heç kəsə lazım deyillərsə, rus şirkətləri orada nə edir?! Nə üçün Rusiya Ermənistanı KTMT-də saxlayır, Avrasiya İqtisadi İttifaqına (Aİİ) zorla dürtüb? Niyə? Çünki Ermənistan orada olması lazımdır. Ermənistan Rusiyaya da lazımdır, Qərbə də lazımdır. İndi hələlik Rusiya Ermənistanı nəzarətində saxlayır, amma Ermənistan əhalisi daha tədricən üzünü Qərbə tərəf çevirir”.

Z.Əlizadə əlavə edib:

“Lukaşenko deyəndə ki, Ermənistan heç kəsə lazım deyil, o, sadəcə bunu Moskvanın xoşuna gəlsin deyə edir. Çünki özü inişil baş tutan biabırçı seçkilərdən və seçki saxtakarlığından sonra xalqı tərəfindən qəbul edilmir. Onun yeganə dəstəyi və istinad nöqtəsi Moskvadır. Ona görə də, belə səfeh sözləri deyir. O ki qaldı Ermənistan ictimai fikirinin buna çox qızğın münasibət bildirməsinə, bu, əsasən Ermənistan ictimaiyyətinin dayazlığı və kallığından irəli gəlir. Ümumiyyətlə, bədbaxt ermənilər özlərinin yerini, mövqeyini və gələcəyini düzgün qiymətləndirmirlər”.

Siyasi şərhçi əmindir ki, Ermənistan region üçün vacib ölkədir:

“Qonşuları üçün, Azərbaycan, Gürcüstan, İran, Türkiyə üçün vacib ölkədir. Bu barədə düşünməlidirlər. Ermənistan dünyanın böyük dövlətlərinə, eləcə də Qərb dövlətlərinə də lazımdır. Amma Rusiyanın vassalı kimi yox, müstəqil, demokratik, inkişaf edən, mədəni bir ölkə kimi hamıya lazımdır. Moskvada, təbii ki, Aleksandr Qriqoyeviç kimi fikirləşən adamlar çoxdur. Bu, hər sahədə özünü büruzə verir. Amma əminəm ki, rus xalqının əksəriyyəti ermənilər və Ermənistan haqqında belə düşünmür. Sadəcə həmin siyasi sinfə mənsub olan adamların xoşuna gəlməsi üçün Aleksandr Lukaşenko bu cür mənasız fikirləri səsləndirir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"