Rusiyanın Pxenyanla əlaqələrini möhkəmləndirməkdə məqsədi nədir?

10 fevral, 2022 00:12

Rusiya Şimali Koreya ilə dostluq münasibətlərinin gələcək inkişafına ümid edir və əməkdaşlığın artıq əldə edilmiş nəticələrini inkişaf etdirməkdə maraqlıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə birinci departamentinin direktoru Georgi Zinovyev deyib.

"Keçmiş uğurları yüksək qiymətləndirərək, gələcəyə ümidlə baxırıq. Biz də öz növbəmizdə əldə edilmiş nəticələri qoruyub saxlamaq və artırmaq, bütün sahələrdə əlaqələrimizin inkişaf tempini sürətləndirmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğumuzu təsdiq edirik”, - Zinovyev söyləyib.

Zinovyevin sözlərinə görə, Rusiya Koreya yarımadasının nüvə və digər problemlərinin siyasi və diplomatik həlli prinsiplərinə sadiq qalmağa davam edir.