"Azərbaycanla sülh müqaviləsi bağlamağa hazırıq" - Paşinyan

10 fevral, 2022 09:56

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib.

"Sputnik Armenia" xəbər verir ki, baş nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi belə bir sənədin imzalanmasını nəzərdə tutur.

Paşinyan qeyd edib ki, indiki mərhələdə hazırlıq işləri və substantiv müzakirələr aparılmalıdır.