Bu ölkə Rusiyaya sanksiyaları daha da sərtləşdirdi

11 fevral, 2022 00:44

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.

Ölkə parlamenti qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.

Qeyd edək ki, Böyük Britaniyanın daha öncəki qanunu Rusiyaya qarşı yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi.