NATO Qara dəniz regionuna yeni döyüş qrupları yerləşdirir?

11 fevral, 2022 16:39

NATO təkcə Rumıniyada deyil, Qara dəniz regionunun digər ölkələrində də yeni döyüş qruplarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Biz artıq mövcudluğumuzu gücləndirmişik, lakin biz döyüş qruplarının Rumıniyada deyil, həm də Qara dəniz regionunun digər ölkələrində yerləşdirilməsi də daxil olmaqla, daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiririk", - baş katib mətbuat konfransında deyib.