Putin Təhlükəsizlik Şurasını çağırdı, MDB ölkələri ilə münasibətləri müzakirə etdi
11 fevral, 2022 21:10
Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 11-də Təhlükəsizlik Şurasının iclasını keçirib, iclasda Rusiyanın MDB ölkələri ilə münasibətləri müzakirə edib.
Bu barədə Kremlin rəsmi saytı bildirir.
“Son hadisələr göstərir ki, bütün bu işlər (postsovet məkanında - red.) müsbət nəticə verir, bu işlər gərəklidir. Biz bu gün o haqda danışacağıq ki, son illərdə bu istiqamətdə yaradılmış mexanizmləri necə təkmilləşdirmək olar”, - Putin bildirib.
“Bizim burada çoxlu təşəbbüslərimiz, aparıcı tərəfdaşlarımızla çox yaxşı dialoqumuz var”, - Rusiya prezidenti əlavə edib.
Putin vurğulayıb ki, söhbət Rusiyanın Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə tərəfdaş-ölkələrindən gedir.