"AMEA Prezidenti başda olmaqla, bu qurumun bütün rəhbərliyi dəyişməlidir" - Eldar Namazov

12 fevral, 2022 10:15

Eldar Namazov: “Elmə aidiyyatı olmayan, xarici akademiyalar tərəfindən alim kimi qəbul edilməyən bir şəxsin geçməsi əslində Azərbaycan elminə böyük zərbə idi”

AMEA prezidenti Ramiz Mehdiyev ötən gün ona qarşı səsləndirilən tənqidlərə dövlətə qarşı təhdid və şantajlar səsləndirməklə cavab verib. Mehdiyev rəhbərlik etdiyi qurumun rəsmi saytında yerləşdirilən cavabında onu tənqid edən siyasətçilərə və deputatlara, elm adamlarına qarşı təhqirtamiz fikirlər səsləndirib.

“Azsiyaset" xəbər verir ki, azpolitika.info bu mövzunu Azərbaycan Prezidentinin sabiq köməkçisi, politoloq Eldar Namazovla müzakirə edib:

- Eldar müəllim, Ramiz Mehdiyevin AMEA Prezidenti seçilməsini ilk tənqid edən və ümumiyyətlə, onun akademik olmadığını bildirən siz olmusunuz. Hazırda Mehdiyevin ətrafında baş verənləri necə qiymətləndirirsiniz?

- Mən həqiqətən iki il əvvəl bu məsələyə toxunmuşdum və o zaman heç kim bu barədə danışmırdı. Mən ona görə danışırdım ki, söhbət Ramiz Mehdiyevdən yox, Azərbaycan elminin bu günündən və sabahından gedirdi. Ümumiyyətlə, SSRİ dağıldıqdan sonra bütün ölkələrdə akademiyalar çətin vəziyyətə düşüb. Vəziyyətdən çıxmaq üçün onların əksəriyyətində dərin islahatlara gedildi. Bizdə də belə islahatların keçirilməsi lazımdır. Belə çətin situasiya ilə üzləşdiyimiz dövrdə Azərbaycan elminin başına elmi nailiyyətləri, məktəbi, ümumiyyətlə elmə aidiyyatı olmayan, xarici akademiyalar tərəfindən alim kimi qəbul edilməyən bir şəxsin geçməsi əslində Azərbaycan elminə böyük zərbə idi. Mən bu kontekstdə fikirlərimi demişdim. Təəssüflər olsun ki, fikirləşdiklərim də düz çıxdı.

İndi hamının gözü qarşısına baş verən odur ki, AMEA rəhbərliyi elmin inkişafı, islahatlar, elmi kəşflər və nailiyyətlərlə deyil, elmə aid olmayan başqa işlərlə məşğuldur. Bu, alimlər arasında da ciddi narazılıqlara səbəb olur. Yaşananlar bunu göstərir. Məsələn, AMEA-nın institut direktorları, alimlər ortaya açıq mövqe qoyurlar. Görünən odur ki, proseslər daha da şiddətlənir.

- Ramiz Mehdiyevin onu tənqid edənlərə cavabını nəzərdə tutursunuz?

- Bəli, cavablar verilir. Buna etirazım yoxdur. Amma görünən budur ki, AMEA-nın saytı vasitəsilə mənasız polemikalara girişilir. Yəni elmi kəşflərdən, alimlərin nailiyyətlərindən yazmalı olan AMEA-nın informasiya resursu tamam başqa istiqamətə yönləndirilir. O başqa mövzudur ki, Mehdiyev cavabında onu tənqid edən şəxslərin “saxta deputat”, “cib müxalifəti”, eləcə də vaxtilə ona yaltaqlanan şəxslər olduğunu bildirir. Məncə, bunun özündə də ilahi ədalət prinsipi var. O mənada ki, Mehdiyev nə işlər görmüşdüsə, indi bir-bir qarşısına çıxır. Əgər saxta deputatlar, “cib müxalifəti”, kiməsə yaltaqlana-yaltaqlana elmi dərəcələr alanlar varsa, elə bunun da səbəbkarlarından biri Mehdiyevin özüdür. Lakin mən daha çox məsələni Azərbayan elminin üzərinə gətirməyin tərəfdarıyam. Burada vacib məsələ elmdir, onun inkişafıdır, onun düşdüyü çətin vəziyyətdən çıxarılmasıdır. Bunu düşünmək daha vacibdir, nəinki Mehdiyev intriqalarını...

- Sizcə, nədən Ramiz Mehdiyev cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslərin çağırışlarını qulaqardına vurur?

- Əslində, bu hadisələr göstərir ki, baş verənlərin Azərbaycan elmi və onun gələcəyi məsələsinə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, bu mübahisələrdə elm rol oynamır, nəzərə belə alınmır. Şəxsi münasibətlər, qərəz, özünə yaxın bildiyi şəxsləri harasa yerləşdirmək, yaxın olmayanları çıxdaş etmək və s. Budur baş verənlər. Amma bu çirkin əməllərin Azərbaycan elminə nə aidiyyatı var axı?

Mehdiyev yerində deyil və bu, açıq-aydın görünür. Onun AMEA saytında qoyulan tərcümeyi-halına baxanda görürsən ki, bu şəxsin elmə aidiyyəti yoxdur, hazırladığı elmi kadrlar yoxdur, xarici nüfuzlu elm ocaqları tərəfindən qəbul edilməsinə dair heç nə yoxdur. Bütün bunlar deməyə əsas yaradır ki, Azərbaycan elminə başqa təfəkkürlü insanlar rəhbərlik etməlidirlər.

Ümumiyyətlə, AMEA-da ciddi işlər görülsəydi adamın nə vaxtı, nə də həvəsi olardı ki, kimlərinsə tənqidlərinə cavab versin. Mətbuatda daim kimsə kimisə tənqid edir. Elə AMEA-nın keçmiş rəhbərləri ilə də bağlı vaxtaşırı yazılar və tənqidlər olurdu. Amma Mehdiyevdən fərqli olaraq onlar real işlərlə məşğul olduğundan həvəsləri və vaxtları qalmırdı ki, belə məsələlərə cavab vesinlər. İndi isə həvəslə sağa-sola cavab verməsi onu göstərir ki, Mehdiyev AMEA-da ciddi işlərlə məşğul deyil və vaxtını mətbuat vasitəsilə kimlərləsə münasibətlərini aydınlaşdırmağa sərf edir.

- Demək istəyirsiniz ki, Mehdiyev AMEA ilə deyil, siyasətlə məşğuldur?

- Sözsüz ki, görünən budur. Bu yanaşma bir qrupun, şəbəkənin maraqları üzərində qurulan yanaşmadır. Elm tamamilə bir kənarda qalıb, burada daha çox öz qrupunu, şəbəkəsini müdafiə etmək, kimlərləsə mübarizə aparmaq niyyəti var. Təəssüflər olsun ki, AMEA kimi müqəddəs elm ocağını belə acınacaqlı duruma salıblar.

- Mehdiyev onu tənqid edən bəzi alimlərə qarşı ittihamlar irəli sürüb və iddia edib ki, bu şəxslər elmə ayrılan vəsaitləri mənimsəyiblər, korrupsiya ilə məşğul olublar. Hətta elan edib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına faktlar təqdim ediləcək...

- Sözsüz ki, hər bir sahədə problem ola bilər. Kimsə bundan sığortalanmayıb. Amma iş ondadır ki, AMEA-ya hər zaman Mehdiyev nəzarət edib. Mehdiyev Prezident Administrasiyasında işlədiyi dövrdə AMEA onun kurasiyasında olub. İndi Mehdiyev kimdən kimə şikayət edir? Ən azı buna görə gileylənmək anlaşılmazdır.

İkincisi də, belə xoşagəlməz halları aradan qaldırmaq üçün AMEA-da təcili islahatlar lazımdır, şəffaf mexanizmlərin qurulması, qrant sisteminə keçid vacibdir. Siz pulu adama deyil, mövzu və məqsədə ayırmalısınız. Mövzunu yaxşı bilən və məqsədə çata biləcək kadrlar o qrantları almalıdırlar. Bu sistemi yaratmaq lazımdır. Əgər, bu sistemi yaratmaq qabiliyyətinə malik deyilsənsə, ümumi gileylənmək və sağa-sola ittihamlar yağdırmaq yersiz görünür.

- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- İlk növbədə AMEA Prezidenti başda olmaqla bu qurumun bütün rəhbərliyi dəyişməlidir. Müasir elmin tələblərini bilən, bu sahənin rolunu cəmiyyətdə, iqtisadiyyatda və sənayedə başa düşən insanlar rəhbərliyə gətirilməlidir. Orada ciddi islahatlar aparılmalıdır. Elm məsələsinə ciddi yanaşmaq vacibdir.

Qeyd edim ki, SSRİ zamanı müxtəlif sahələrdə, xüsusilə dəqiq elmlərdə ciddi inkişaf yolu qət edilmişdi. Amma buna baxmayaraq SSRİ inkişafda Qərb ölkələrindən geridə qalırdı. Çünki elmin təhsil və istehsalat sahələri ilə vəhdəti təmin edilmirdi. Elm inkişaf yolu ilə gedirdi, amma təhsil və istehsalla o qədər də bağlı deyildi. Sovetlər Birliyindən fərqli olaraq Qərb bu vəhdəti təmin edə bildi. Bu yolla irəliləyən Qərb SSRİ üzərində texnoloji üstünlüyünü təmin etdi.

Azərbaycanda isə bu problem hələ də həllini tapmayıb. Hələ də AMEA qapalı və ayrıca sistem kimi fəaliyyət göstərir. Onun təhsil və istehsalatla vahid sistemdə birləşdirilməsi yönündə ciddi addımlar atılmayıb. Bu, ciddi problemdir. Bunun da həlli üçün ilk növbədə AMEA rəhbərliyinə müasir yanaşmaları dərk edən peşəkar alimlər gəlməlidir. İlkin addım atılmayana qədər başqa addımları gözləmək sadəlövhlük olardı.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"