Qurbanqulu hakimiyyəti oğluna ötürür - "Peyğəmbər yaşına çatdım..."

13 fevral, 2022 00:25

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov səlahiyyət müddətinin bitməsinə 2 il qalmış ölkədə növbədənkənar prezident seçkiləri elan etməsi haqlı suallar doğurub. 

Keçmiş postsovet məkanının ən qapalı ölkələrindən biri olan Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov səlahiyyət müddətinin bitməsini 2 il qalmış ölkədə növbədənkənar prezident seçkiləri elan edib. Türkmənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin bu ilin martın 12-nə təyin edildiyini açıqlayıb.

Q.Bedıməhəmmədov parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin xüsusi sessiyasındakı çıxışında yeni prezident seçkilərini “özü haqqında çətin qərar” kimi izah edib. Onun açıqlamasından məlum olub ki, prezident postundan vaxtından əvvəl çəkilməsində məqsədi gənc liderlərin hakimiyyətə yolunu açmaqdır.

Berdiməhəmmədov bildirib ki, iki il əvvəl 63 yaşına - Məhəmməd Peyğəmbərin yaşına çatıb. Siyasətçi onu da bildirib ki, bundan sonrakı fəaliyyətini Türkmənistan parlamentinin yuxarı palatasının sədri kimi davam etdirməyə qərar verib. Prezident “geniş həyat və siyasi təcrübəsinin” parlamentarizmdə tətbiq etməsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Berdiməhəmmədov həmvətənlərini əmin edib ki, o, həm də ölkəsinin rifahı naminə səylərini əsirgəməyəcək.

Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qurbanqulu Berdiməhəmmədovun yeganə oğlu 40 yaşlı Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Türkmənistan liderinin oğlu Rusiya XİN-in Diplomatiya Akademiyasını bitirib. O, bir müddət Prezident yanında Karbohidrat Ehtiyatlarının İdarə Olunması və İstismarı üzrə Dövlət Agentliyinin rəhbərliyində çalışıb. Daha sonra Sərdar Berdımuxammedov Axal vilayəti prokurorunun köməkçisi, XİN-də departament rəhbəri vəzifələrində işləyib ,hazırda baş nazirin müavinidir.

Musavat.com “Azadlıq”radiosuna istinadən xəbər verir ki, türkmənlərin çoxu aylardır avtoritar hökumətin başında gözlənən siyasi dəyişiklikdən danışırlar. Dövlətin nəzarətində olan media isə Sərdarın “düha”sını müzakirə edir. O, “xalqın qayğısına qalan” lider kimi təsvir olunur. Son bir ildə koronavirusa görə Sərdar Berdıməhəmmədov kölgədə qalıb. Bunun əvəzinə Qurbanqulu Berdıməhəmmədov nəvəsi Kərimlə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Berdiməhəmmədov Qazaxıstan hadisələrindən dərhal sonra Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib, Milli Təhlükəsizlik Nazirliyinə internetdə müstəqil mənbələrin bloklanmasını sərtləşdirmək, təhlükəsizliyi gücləndirmək göstərişi verib

Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.

1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb. 1995-1997 illər - Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri işləyib.

1997-2001-ci illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri olub. 2001-ci ildən etibarən - Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini işləyib. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.

Türkmənistanın birinci prezidenti Səfərmurad Niyazovun vəfatından Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb. 11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23 % səs toplayaraq qalib gəlib.
2012-2017-ci illərdə yenidən prezident seçilib(musavat.com). 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI