Minsk formatlı görüşlər Türkiyədə keçirilə bilər - Situasiya necə dəyişir?

13 fevral, 2022 00:30

ATƏT Minsk formatındakı görüşlərin Türkiyədə keçirilməsini təklif edib. Ankara bunu bütün tərəflərin razılığı ilə qəbul edəcək.

Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“ATƏT “üçlüyün” Minsk formatında görüşünün Türkiyədə keçirilməsini təklif edib. Bütün tərəflər razılaşsa, məmnuniyyətlə qəbul edəcəyimizi dedik. Biz “Minsk üçlüyü”nün bir hissəsi deyilik, lakin Belarusla digər ölkələr arasında gərginlik olduğu üçün görüş orada keçirilə bilmir”, - Çavuşoğlu bildirib.