Sərdar Cəlaloğlu - "Məhkəməyə verəcəyik..."

14 fevral, 2022 11:24

“Azərbaycan Demokratik Partiyasının (ADP) Avstriyada yaşayan Qasımovlar ailəsi ilə əlaqəsi yoxdur, biz onları ümumiyyətlə tanımırıq. Sadəcə olaraq, bizim İkinci Qarabağ müharibəsində tutduğumuz mövqeni də bəhanə edərək ADP-ni ittiham edirlər. Biz bu gün məsələni müzakirə edəcək və Avstriya hökumətinə etirazımızı bildirəcəyik. İmkanımız olacaq təqdirdə isə həmin iddianı səsləndirən təşkilatı məhkəməyə verəcəyik, çünki mövqeləri ədalətli və subyektiv deyil”.

"Azsiyaset" xəbər verir ki, bunu pravda.az-a açıqlamasında ADP-nın sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, mühacirlərin kimliyinin araşdırılması ilə bağlı belə bir təcrübə var: xaricdən müxtəlif QHT təşkilatlarına müraciət edilir və belə təşkilatlar da müəyyən bilgiləri həmin xarici qurumlara ötürürlər:

“Görünür, həmin məlumat da bizə mənfi münasibətdə olan QHT tərəfindən verilib. Yoxsa, Avstriyanın müvafiq idarəsi Azərbaycanda hansı partiyanın nə işlə məşğul olduğunu, kimə işlədiyini nə bilir?! ADP-nin Azərbaycan hakimiyyətinin yanında olmadığını isə ölkədə hər kəs bilir. Biz yalnız 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad olunması, "5-ci kolon"un ölkədən təmizlənməsi, eləcə də demokratiyanın inkişaf etdirilməsi kimi məsələlərdə iqtidarın atdığı addımları dəstəkləyirik. Bu, iqtidarın yanında olmaq mənasını vermir”.

S.Cəlaloglumun sözlərinə görə, belə iddialar partiya üzvlərinin şəxsi qaydada işgüzar nüfuzuna zərbə vurur: "Həmçinin partiyanın imicini zədələyir. Amma təkrar edirəm, Avstriyanın rəhbər orqanlarına ötürülən məlumatlar Azərbaycanda gedən mühacirlər barədə ekspert kimi çıxış edib şərh edənlərin fikirləridir".

Qeyd: Avstriya Federal İnzibati Məhkəməsi orada yaşayan Qasımovlar ailəsinin siyasi sığınacaq tələbini rədd edərək, onların Azərbaycana deportasiyasına qərar verib. Bu qərar onların üzvü olduğu iddia edilən Azərbaycan Demokrat Partiyası ilə əlaqələndirilib. Qeyd edilib ki, ADP əsl müxalifət partiyası deyil, hakimiyyətə işləyir və onun üzvləri repressiyalardan qorxmamalıdır, yəni nə həyat yoldaşları, nə də onların övladları təhlükə altında deyil.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"