Yaxın 48 saatda nəsə baş verəcəkmi? - COBRA toplanır

14 fevral, 2022 23:37

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü təhlükəsi "dünyanı uçurumun kənarına gətirir" və bildirib ki, bu "çox, çox təhlükəli və çətin vəziyyət" yaradır.

Çərşənbə axşamı baş nazir Böyük Britaniyanın Ukraynadakı mövcud vəziyyətə reaksiyasını müzakirə etmək üçün hökumətin COBRA fövqəladə hallar komitəsinin tam iclasını keçirəcək.

Conson deyib ki, Rusiya Ukraynaya müdaxilə etməyi planlaşdırır və buna dair "olduqca aydın" sübutlar var. Bu barədə "Sky News" xəbər verir.

“Düşünürəm ki, sübutlar olduqca aydındır. Ukrayna ilə sərhəddə 130 minə yaxın hərbçi cəmləşib. Təcavüz üçün ciddi hazırlıqları göstərən bir çox başqa əlamətlər var. Biz başa düşməliyik ki, bu, çox, çox təhlükəli və çətin vəziyyətdir", - baş nazir bəyan edib.

Bununla belə, Conson əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin “hələ geri qayıtmağa vaxtı var”. "Biz hər kəsi dialoqa dəvət edirik".

Conson, vəziyyətdən "son dərəcə narahat olduğunu" söyləyib. “Biz əmin olmalıyıq ki, prezident Putin belə addımının iqtisadi və siyasi nəticələrini başa düşür”, - Conson əlavə edib.

“Yadınızdadırsa, Rusiya Ukraynanın şərqini, Krımı alıb. Amma biz həqiqətən də Rusiya karbohidrogenlərindən asılılıqdan xilas olmaq üçün kifayət qədər iş görməmişik”, baş nazir deyib, və bütün Avropa ölkələrini Rusiyanın neft və qazından asılılığı azaltmağa çağırıb.

“Biz alternativ enerji mənbələri tapmalıyıq və Rusiyaya çox, çox ciddi iqtisadi cavab verməyə hazır olmalıyıq”, o əlavə edib.

***

17:56

Rusiyanın fevralın 16-da Ukraynaya hücuma keçəcəyi haqda xəbərdarlıqların edildiyi, xarici ölkə vətəndaşlarının Kiyevdən təxliyə olunduğu bir vaxtda Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə ünvanlanmış ultimativ bəyanatla çıxış edib. “Klounada vaxtının sona çatdığını” bildirib, onu Donbassa dair Minsk razılaşmasını dərhal yerinə  yetirməyə çağırıb.

“Cənab Zelenski! Klounada vaxtı başa çatdı. Qarşısıalınmaz nəticələrdən qaçmaq naminə öz xalqı qarşısında borcunu yerinə yetirməyin saatı gəldi. Yəni heç vaxt olmamış kimi bu gün Minsk razılaşmasının yerinə yetirilməsi zərurəti yaranıb, hansı ki, altında təkcə Rusiya prezidentinin yox, Ukrayna prezidentinin də imzası dayanır”, - Kadırov yazıb.

O, Donbassa “xüsusi statusu” da nəzərdə tutan Minsk razılaşmasının olduğu kimi yerinə yetirilməsinin təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın nizamlanması üçün deyil, ümumi gərginliyin azaldılması üçün də ilk mühüm addım olduğunu bildirir. Kadırov Zelenskini “sülhü bərqərar etmək və qan tökülməsindən qaçmaq üçün” prezident kimi ondan asılı olan hər şeyi etməyə çağırıb.

Xatırladaq ki, "Rosqvardiya"nın tərkibində olan və əslində Kadırovun şəxsi ordusu hesab edilən "Kadırov polku" da Ukrayna sərhədlərinə yeridilib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"