Almaniya və Ukrayna Rusiyaya qarşı birləşir - Sanksiyalar paketi müzakirədədir

15 fevral, 2022 00:08

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə Rusiyaya qarşı sanksiyalar paketini müzakirə edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

“Biz ehtimal olunan təcavüzə qarşı hərtərəfli sanksiyalar paketinin tətbiqi məsələsini müzakirə etdik. Mənim mövqeyim məlumdur: aqressiyanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək”, - deyə Zelenski görüşdən sonra keçirilən brifinqdə deyib.

Ukrayna Prezidenti bildirib ki, Almaniya kansleri ilə danışıqlar zamanı Avropada təhlükəsizlik məsələləri əsas diqqət mərkəzində olub.