"Paşinyan əvvəlki kimi deyil, Türkiyənin vacib olduğunu bilir" - Sabiq səfir

15 fevral, 2022 10:03

Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində bir sıra addımlar atılır. Belə ki, 2021-ci ilin dekabr ayında Türkiyə və Ermənistan birbaşa danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç və Ermənistanın vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə qismində danışıqlara cəlb olunublar. Onların arasında ilk görüş yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada keçirilib.

Xüsusi nümayəndələrin növbəti görüşü fevralın 24-dә Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

Hazırda danışıqlara təsir edəcək əsas mövzu 1915-ci il hadisələri ola bilərmi?

Türkiyənin Fransadakı keçmiş səfiri, sabiq diplomat Uluç Özülker Türkiyə və Ermənistan arasında müzakirə olunacaq mövzular barədə açıqlama verib.

Eks-səfirin sözlərinə görə, proseslər göstərir ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün seçilən mövzuları gözdən keçirir:

“Ermənistanın Türkiyə, Gürcüstan və  Azərbaycana qarşı torpaq iddiaları var. Daha sonra saxta soyqırımı iddiaları da mövcuddur. Bu iddialar qarşısında hansısa mühüm qərarın qəbul edilməsi düzgün olmazdı. İndi iki ölkə arasında danışıqların ilkin şərt olmadan aparılmasını baş nazir Nikol Paşinyan qəbul edib. Bu da ölkə konstitusiyasındakı iddiaların masaya daxil edilməməsi deməkdir. Normal şərtlər daxilində Türkiyə bu məsələdə Azərbaycanla birlikdə hərəkət edəcək. Həmçinin Türkiyənin Azərbaycanla bağlı təklifi vardı. Bu “3+3” layihəsidir. Əslində bu məsələdə Rusiyanın da mövqeyini diqqətlə izləmək lazımdır. Çünki nəticə etibarı ilə Cənubi Qafqazda Rusiyanın müsbət mövqe sərgiləməsi lazımdır. Burada dördüncü faktor Ermənistanın mövqeyidir. Artıq bu layihələrə müsbət cavab verməlidir. Burada ruslar hər zaman nəzarəti əllərində tutmaq kimi düşüncədədirlər".

Sabiq diplomatın fikrincə, Ermənistanın daxilində vəziyyət sabit deyil. Separatçı qüvvələr mütəmadi olaraq, atəşkəsi pozaraq, təxribatlara əl atırlar. 

"Nikol Paşinyan xalqın dəstəyi ilə seçilib, amma indi o əvvəlki Paşinyan deyil. Siyasi yönümlü olaraq Qərbə açılmaq niyyətində idi, nəticə etibarı ilə bunun mümkün olmadığını öz gözləri ilə gördü. Rusiyaya bir növ tabe olmaq niyyətində qaldı. Ermənistanda hamiyyətin hələ də Rusiyanın əlində olduğunu aydın şəkildə görürük. Paşinyan üçün əgər Qərblə əlaqə gündəm mövzusu olacaqsa, bunun Türkiyə üzərindən edilməsindən başqa yol yoxdur. Ona görə də Paşinyan Türkiyə ilə əlaqələri daha yumşaq formada davam etdirməyin vacibliyini bilir. Bu yaxınlaşmadan Ermənistan qədər Türkiyə də qazanacaq. Eyni zamanda Azərbaycan üçün də sanki bir rahatlıq olacaq. İki ölkə arasında əlaqələrin normallaşmasına müsbət baxıram. Belə görüşlərin olması vacibdir. Təmasların yaxın vaxtlarda dayanacağını gözləmirik. Mən şəxsən bu proseslərin addım-addım davam edəcəyini düşünürəm. Siyasi proses əsas Türkiyə, Azərbaycan və Qafqaz üçün xeyirli bitməlidir. Bundan faydalı şəkildə istifadə etməliyik”, - deyə türkiyəli keçmiş səfir vurğulayıb(modern.az).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"