"Putinin Ukrayna ilə bağlı iki yolu var: hərbi cinayətkar kimi sonda asılmaq, yaxud da... " - Yuri Felştinski

15 fevral, 2022 10:56

"Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı iki yolu var: müharibə başlatmaq və hərbi cinayətkar olub sonda asılmaq, yaxud da Ukraynanı rahat buraxmaq".

Bu sözləri rusiyalı politoloq Yuri Felştinski deyib.

O, eyni zamanda bildirib ki, yalnız Rusiya öz ordusunun əsgərlərini qışda döyüşə hazır vəziyyətdə saxlaya bilər, çünki öz əsgərlərinə əhəmiyyət vermir.