"30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək" - Putin

15 fevral, 2022 20:53

“NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. 

“NATO-nun genişlənməsi məsələsinə gəlincə. Çox gözəl bir ifadə dediniz:

"Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq.” “Deyirlər” nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “onların nə dediyini” başa düşməliyik. 30 ildir bizə deyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq və bu gün biz NATO infrastrukturunu öz evimizdə görürük”, - deyə Putin qeyd edib.