"Ağlını itirən" dünyada Azərbaycan nə etməlidir...

15 fevral, 2022 23:41

“Dünya ağlını itirib” frazası müxtəlif dövrlərdə dilə gətirilib, o cümlədən bu sözlərə mahnı qoşanlar, rep oxuyanlar da tapılıb. Lakin son illər vəziyyətin getdikcə gərginləşdiyi, yeni-yeni münaqişə ocaqlarının, qaynar nöqtələrin meydana çıxdığı bir vaxtda bu sözlər indi heç vaxt olmamış kimi aktual görünür. Dünya düzəni öz relsindən çıxıb və qarşıdurmalar güclənib.

Bəlli olduğu kimi hazırda beynəlxalq ictimaiyyətin bütün nəzərləri Ukrayna ətrafındakı gərginliyə yönəlib. Rusiya ötən ilin payızından etibarən bu ölkə sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirib, Moskva Ukraynaya hücum planlarının olduğunu təkzib etsə də təhlükəsizlik təminatı barədə ultimativ xarakterli tələblərini Qərbə çatdırıb. Bu tələblərə Ukraynanın NATO üzvlüyünün istisna edilməsi və ümumən alyansın Şərqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi də daxildir. Bu tələblər artıq ABŞ və NATO tərəfindən rədd edilib. Nəticədə qarşıdurma daha da güclənib və Rusiyanın Ukraynaya hücum edəcəyi haqda Qərb mənbələri bir-birinin ardınca xəbərlər yaymaqdadır.

Təəccüblü deyil ki, başda ABŞ olmaqla Qərblə Rusiya arasında şiddətlənməkdə olan bu geosiyasi çəkişmədə hər iki tərəf öz tərəfinə mümkün qədər çox müttəfiq cəlb etməyə çalışır. Əsas nəzərlər isə şübhəsiz ki, müstəqil siyasət yürüdən, bu və ya digər qütbdə yer almaq istəməyən ölkələrə yönəlir. O cümlədən Azərbaycan da indi Cənubi Qafqazın lider ölkəsi olaraq xüsusi diqqət mərkəzindədir.

Bəs Azərbaycan  belə vəziyyətdə hansı mövqe tutmalıdır? Qərb-Rusiya qarşıdurmasında kimin tərəfində dayanmalıdır, yaxud öz siyasətini necə qurmalıdır ki, həm öz milli təhlükəsizlik maraqlarını risk altına atmasın, həm nüfuzlu, etibarlı tərəfdaş imicini saxlasın? Axı Azərbaycan xarici siyasətini öz milli maraqları üzərində qurub və heç bir qlobal güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürütmək xəttini götürüb, eyni zamanda Avropanın mühüm energetika tərəfdaşına çevrilib və Rusiya ilə möhkəm strateji tərəfdaşlıq münasibətləri qurub.

Bu cür mürəkkəb geosiyasi situasiyada Azərbaycanın hansı mövqe tutmalı olduğu barədə müxtəlif mülahizələrin, rəylərin olması təbiidir. Lakin bir amil də var ki, indi o xüsusilə aktuallıq kəsb etməkdədir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyüdür.  Azərbaycan məlum olduğu kimi, 2011 ci ildə Qoşulmama Hərəkatına üzv olub və hərəkatın sıralarında olduqca səmərəli fəaliyyət göstərib, hazırda ona sədrlik edir. 

Azərbaycan dünyada sülhə, təhlükəsizliyə töhfə verən, beynəlxalq hüququn aliliyini önəmli mexanizm kimi dəyərləndirən və öz xarici siyasətində bu dəyərlərə, qanunlara riayət edən ölkədir. Bunu öz xarici siyasətində, müxtəlif dövrlərdə istər regionda, istər dünyada yaranmış böhranlı situasiyalarda dəfələrlə sübut edib.

Azərbaycan heç vaxt kiminsə tərəfində kiməsə  qarşı mövqe tutmur, bütün məsələlərlə bağlı öz mövqeyi, bütün proseslərə öz baxışı var. Bu mövqe ilk növbədə beynəlxalq hüququn aliliyinə, ədalət prinsiplərinə əsaslanır.

Azərbaycan indi də Qoşulmama Hərəkatının prinsiplərini rəhbər tutur və belə görünür ki, qarşıdakı dövrdə də bu siyasi xətti davam etdirəcək. Bu və digər qütbə meyillənməmək, bütün tərəfdaş ölkələrlə normal, qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq və eyni zamanda beynəlxalq hüququn aliliyini, dövlətlərin ərazi bütövlüklərinin və suverenliklərinin müdafiə olunmasının vacibliyi, bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri “ağlını itirməkdə olan” indiki dünyada Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələr  üçün ən rasional yanaşma olardı(virtualaz.org). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"