Kiyev Maydanından canlı yayımda SSRİ himni səsləndi - VİDEO
"Canlı yayımdan da görünür ki, "Rusiyanın hücum edəcəyi gün" Ukrayna paytaxtında tam sakitlikdir..."
"Reyters"(Reuters) agentliyinin Ukrayna paytaxtından canlı yayımında keçmiş sovet dövlətinin himni səslənib.
Bu haqda lenta.ru-ya istinadla xəbər verir.
"Reuters" Kiyevdən “Rusiya-Ukrayna böhranı fonunda Kiyev Maydanına baxış” adlı canlı yayıma start verib. Yayım çərşənbə axşamı, fevralın 15-də agentliyin "YouTube" kanalında başlayıb. Verilişin gedişində fonda başqa musiqilər də eşidilib.
“Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən çıxardığını deyir, Qərb isə hələ dəlil görmədiyini bildirir”, - video-görüntünün altında belə yazılıb.
P.S. Canlı yayımdan da görünür ki, "Rusiyanın hücum edəcəyi gün" Ukrayna paytaxtında tam sakitlikdir... Heç bir müharibə-filan yoxdur.