ABŞ prezidenti Bayden rus xalqına səsləndi - "Rusiya Ukraynaya hücum etsə..."
16 fevral, 2022 09:54
"Rus xalqına səslənirəm, düşmənimiz deyilsiniz. Və mən inanmıram ki, siz Ukraynaya - bu qədər dərin əlaqələriniz olan ölkəyə və insanlara qarşı qanlı, dağıdıcı müharibə istəyirsiniz".
Bunu ABŞ Prezidenti Co Bayden çıxışında deyib.
Bayden çıxışında İkinci Dünya müharibəsi zamanı birlikdə döyüşdüklərini də xatırladıb:
“İnsanlarımız 77 il əvvəl çiyin-çiyinə döyüşüblər. İkinci Dünya müharibəsi məcburiyyət idi. Ancaq Rusiya Ukraynaya hücum etsə, bu, səbəbsiz müharibə olacaq”.