"Rusiyadan gərginliyin azalması istiqamətində addım görmədik" - NATO-nun Baş katibi
16 fevral, 2022 14:03
“Rusiyadan gərginliyin azalması istiqamətində addım görmədik”.
"TRT Haber” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Əksinə, Rusiyanın Ukrayna sərhədindəki əsgərlərinin sayı artırılır”, - o bildirib.
Qeyd edək ki, son günlər Rusiya qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsi barədə xəbərlər yayılır.