"Qərb mediası əlindən gələni edir ki, müharibə başlasın" - Zaxarova

16 fevral, 2022 19:18

“Qərb kütləvi informasiya vasitələri əlindən gələni edir ki, Ukraynada müharibə başlasın”.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi Qərb KİV-lərinin Rusiya ordusunun Ukraynaya müdaxiləsi ilə bağlı tirajladığı xəbərlərin reallıqla əlaqəsinin olmadığını qeyd edib.