"Ordunu müzakirə edə bilmirik" - Deputatlara qadağan edilib

17 fevral, 2022 13:09

“Korrupsiya faktlarına görə Müdafiə Nazirliyində olan həbslər çox ciddi məsələdir. Mütləq sonacan araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır”.

Bu sözləri bakupost.az -a millət vəkili Fazil Mustafa son günlər korrupsiya faktlarına görə ordudakı həbslərlə bağlı danışarkən deyib.

Millət vəkilinin fikrincə, orduya həm ictimai, həm də parlament nəzarəti olmalıdır: “Ələlxüsus parlament nəzarətini vacib sayıram. ATƏT-ə daxil olan ölkələrin içində yeganə ölkə Azərbaycandır ki, nə müdafiə sisteminə parlamentin nəzarəti var, nə də təhlükəsizlik sektoruna. Son illərdə baş verənlər göstərdi ki, məhz bu nəzarətin olmaması ucbatından belə korrupsiya halları baş verir. Parlament nəzarəti olsa, hansısa neqativ təzahürlər dərhal müzakirə olunsa, belə hallar da azalar. 44 günlük Vətən Müharibəsindən sonra Prezident, Birinci vitse-prezident səviyyəsində bütün imkanlar səfərbər olunub ki, narazı, imkansız qazi, şəhid ailəsi qalmasın. Yəni bütün imkanlar buna səfərbər olduğu bir vaxtda, kimsə onların mənsub olduğu sistemin üstündə “oturub”, xımır-xımır pul yeyir. Bu, mənəvi cəhətdən də böyük bir faciədir”.

F.Mustafa deputatların ordu və təhlükəsizliklə bağlı məsələləri parlamentdə müzakirə edə bilmədiyindən şikayətlənib:

“Prezidentə, dövlətə guya, sədaqətli adamlar postlara təyin olunur. Amma məmurlar təyin olunan kimi ilk özünün komfortunu düşünür, cəmiyyət, dövlət qarşısında heç məsuliyyət daşımırlar. Kadrların seçimi məsələsində də çox böyük problemlər var. Niyə Müdafiə Nazirliyində yeyinti və orduda neqativ hallar baş verib? Çünki nəzarət mexanizmi yoxdur. Biz Milli Məclisdə ordu və təhlükəsizliklə bağlı məsələləri müzakirə edə bilmirik. Bu müzakirələr bərpa edilməlidir.

Hesablama Palatası ən prinsipial orqanlardan biridir, amma Müdafiə Nazirliyi qapalı bir qurumdur. Ola bilər ki, Hesablama Palatası nələrisə aşkarlasa belə nəticə olmur. Çünki elə qurumlar var ki, yoxlamalar aparılır, lakin hər hansı bir şəkildə ictimaiyyətə açıqlana bilmir, lakin müvafiq qurumlara, şəxslərə göndərilir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin 4 yüksəl rütbəli əməkdaşı milyonlarla manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunub.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI