"Moskvaya istənilən dəstəyi verəcəyik" - Lukaşenko

17 fevral, 2022 13:22

“Belarus Moskvaya istənilən dəstəyi verməyə hazırdır və bu dəstəyi verəcək”.

Bu barədə Belarus lideri Aleksandr Lukaşenko deyib.

“Biz Moskvaya istənilən dəstəyi verəcəyik. Eyni zamanda Belarus Rusiyanın yanındadır”,- deyə Lukaşenko söyləyib.

Qeyd edək ki, hazırda Belarus və Rusiya birgə hərbi təlim keçirir. Lukaşenko təlimləri izləmək üçün poliqona baş çəkib.